"Nəvəm atasının vəfat etdiyini hələ də bilmir".
Bu sözləri Xalq artisti Nazpəri Dostəliyeva "Space maqazin" proqramında deyib. Müğənni oğlu Əlinin vəfatından və onun övladından danışıb. Dostəliyeva bildirib ki, nəvəsi hələ də atasının dünyasını dəyişdiyini bilmir:
"Çox pis oluram. Onunla bir neçə dəfə danışdım. O, hər dəfə məndən atasını soruşdu. Çünki ona heç nə deməmişik".
Qeyd edək ki, N.Dostəliyevanın oğlu Əli ötən il 41 yaşında ürəkçatışmazlığından vəfat edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.