AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Beynəlxalq Muğam Mərkəzi ilə Mərakeş Krallığının Azərbaycan Respublikasındakı səfirliyi arasında mədəni əməkdaşlıq sahəsində anlaşma memorandumu imzalanıb

  • + A
  • - A
  • 18-11-2022, 17:07

    Beynəlxalq Muğam Mərkəzi ilə Mərakeş Krallığının Azərbaycan Respublikasındakı səfirliyi arasında mədəni əməkdaşlıq sahəsində anlaşma memorandumu imzalanıb

    Beynəlxalq Muğam Mərkəzi ilə Mərakeş Krallığının Azərbaycan Respublikasındakı səfirliyi arasında mədəni əməkdaşlıq sahəsində anlaşma memorandumu imzalanıb.
    Sənədi BMM-in direktoru, Xalq artisti Murad Hüseynov və Mərakeş Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mohamed Adil Embarch imzalayıb.
    İmzalanma mərasimindən sonra səfir Mohamed Adil Embarch BMM-nin direktoru Murad Hüseynova mərkəzin solistlərinin oktyabra ayında Mərakeşdə keçirilən Fəs Sufi Mədəniyyəti Festivalındakı çıxışları ilə bağlı dərin minnətdarlıq hissini ifadə edib. Səfir musiqiçilərin uğurlu çıxışları ilə Mərakeş musiqsevərlərinin yaddaşında iz saldıqlarını qeyd edib. Qarşılıqlı əlaqələrin, musiqi kollektivlərinin birgə çıxışlarının gələcəkdə planlaşdırılması ilə bağlı təkilflərini bildirib.
    BMM-nin direktoru , Xalq artisti Murad Hüseynov musiqinin xalqlarımızın daha da yaxınlaşması baxımından əhəmiyyətindən danışıb. Direktor Azərbaycanlı musiqiçilərin festivalda çıxışının çox müsbət nəticələr verdiyini bildirib. İki ölkənin bu sahələrdə əlaqələrinin genişləndirilməsi üçün belə tədbirlərin gələcəkdə də davam etdirilməsinin əhəmiyyətini xüsusi vurğulanıb.
    Fəs Sufi Mədəniyyəti Festivalında səfərdə olan ifaçıların qısa konsert proqramından sonra direktor Murad Hüseynov Beynəlxalq Muğam Mərkəzinin yaranması və fəaliyyəti barədə qonağa geniş məlumat verib.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR