Gültəkin Hacıbəylinin dəyəri milyonlarla ölçülən mülkləri - Hektarlarla torpaq, villalar, mənzillər...
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli vaxtilə Milli Məclisin deputatı olarkən yol verdiyi qanunsuzluqlarla növbəti dəfə gündəmə gəlib. Qadın həddindən artıq çox əsəbidir və onun deputat imtiyazlarından istifadə edərək, qanunsuz şəkildə ələ keçirdiyi mülkləri xatırladanları lənətləyir, söyür, təhdid edir...
Görünür, Hacıbəyli xromosomun daxili hissələrindən birinin 180 dərəcə dönməsi nəticəsində quruluşunun dəyişməsi kimi bir proses yaşayır. Bu onun ağılına da təsirsiz ötüşmür. Bunun nəticəsində də deputatlıq dövründə hər addımda təhqir etdiyi, marginal qrupa çevrilmiş müxalifətçilərlə yan-yana dayanıb. Lakin təkcə bu da səbəb deyil. Hacıbəyli deputat imtiyazını itirib, bununla yanaşı, onun gəncliyi də günü-gündən solur. Görünür, bunları anlayan Hacıbəyli məhz bu səbəbdən çox hikkəlidir, narazıdır. Bu səbəbdən də deputat olduğu dönəmdə onun Mehdiabad qəsəbəsindəki "Əlillər" massivindən qanunsuz olaraq 12 sot torpaq sahəsini ələ keçirməsini faktlarla sübuta yetirən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlını açıq şəkildə təhdid edir.
Məsələ çox sadədir.
Milli.Az avropa.info-ya istinadən xəbər verir ki, BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı facebook səhifəsində Gültəkin Hacıbəylinin deputat olduğu dövrdə Mehdiabad qəsəbəsindəki "Əlillər" massivindən qanunsuz olaraq 12 sot torpaq sahəsini mənimsədiyini yazıb. Özü də Hacibəyli bunu əlil olmaya-olmaya edib. Həmin vaxt Orduxanlı Mehdiabad bələdiyyəsinin sədr müavini olub və adam qanunsuzluqlara şəxsən şahid olub. Hacıbəyli isə əlillərə ayrılan 12 sot torpaq sahəsini ələ keçirməklə kifayətlənmir, deputat imtiyazından qanunsuz şəkildə istifadə edən qadın əldə etdiyi torpağın qonşuluğunda yaşamış 1-ci qrup əlil Vüqar Süleymanovun da ərazisinin bir hissəsini ələ keçirir. Bu gün Milli Şura adlı marginal qrupda oturub səfeh bəyanatlarla gündəmə gələn Hacıbəyli deputat olduğu dövrdə törətdiyi qanunsuzluqları çığır-bağırla, söyüşlə təkzib etməyə çalışsa da, faktlar başqa şey deyir.
Avropa.info saytı çox qısa bir araşdırma nəticəsində Gültəkin Hacıbəylinin qanunsuz yollarla ələ keçirdiyi və dəyəri milyonlarla ölçülən mülklərə sahib olduğunu üzə çıxarıb. İndi sadalayacağımız mülklərin siyahısını görən oxucu Gültəkin Hacıbəylinin məşhur bir iş adamı olduğunu düşünməsin. Hacıbəyli cəmi 5 il deputat olub və bu 5 ildə onun qanunsuz olaraq ələ keçirdiyi mülklərin siyahısı, sadəcə, dodaq uçuqladır. İndi bu qadın 5 il deyil, 15 il deputat olsaydı, nələr edərdi? Çox uzatmadan keçək Hacıbəylinin deputat olduğu dövrdə ələ keçirdiyi mülklərin siyahısına:
- Goranboy rayonu, Xan Qərvənd kəndində 92 sotluq torpaq sahəsi və onun üzərində yerləşən 400 kv. metr sahəsi olan nəhəng villa
-Abşeron rayonu , Xırdalan şəhərində 60 sot torpaq sahəsi
-Goradil kəndində 30 sot torpaq sahəsi
-Abşeron rayonu, Mehdiabad qəsəbəsində hər biri 4 sot olmaqla 3 yerdə topaq sahəsi
-Abşeron rayonu, Mehdiabad qəsəbəsində 6 sot torpaq sahəsi
-Şamaxı rayonu, Qalebuğurd kəndində 12 sot torpaq sahəsi
-Səbail rayonu, Şeyx Şamil küçəsində ofis
-Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 251 a ünvanında 178,18 kv. metr sahəsi olan mənzil
- Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 251 A ünvanında 179,14 kv metr sahəsi olan digər mənzil
- Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 12/26 ünvanında 63,3 kv metr sahəsi olan mənzil
-Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsi 61, ev 2 ünvanında mənzil
-Bakı şəhəri , Nəsimi rayonu , Səməd Vurğun küçəsi, ev 92 A ünvanında mənzil
Hələ bu harasıdır? Bu gün "məmur özbaşnalığına, qanunsuzluğa və korrupsiyaya qarşı mübarizənin qadın simvolu"na çevrilməyə iddialı olan Gültəkin Hacıbəyli 5 il deputatı olduğu Goranboy rayonunda qanunsuz olaraq hektarlarla torpaq sahələrini zəbt edib. Hacıbəylinin Göranboyda ələ keçirdiyi torpaq sahələrinə nəzər yetirin:
-Goranboy rayonu, Nadirkənd kəndində 5 hektar
-Goranboy rayonu, Borsunlu kəndində 6,25 hektar
-Goranboy rayonu, Aşağı Ağcakənd kəndində 1,76 hektar
- Goranboy şəhəri 58-ci məhəllədə hər biri 8 sot olmaqla 2 torpaq sahəsi
Gültəkin Hacıbəyli bütün bu torpaq sahələrini 5 il deputatı olduğu rayonda yaşayan yerli sakinlərin hüquqlarını pozaraq, qanunsuz şəkildə ələ keçirmişdi. Bu qadın hektarlarla torpağı bu gün guya "müdafiə etdiyini" iddia etdiyi həmin o insanların nalələrinə əhəmiyyət verməyərək zəbt etmişdi. Lakin yaxşı ki, Goranboy sakinlərinin çoxsaylı şikayətləri cavabsız qalmadı və sosial ədalət bərpa olundu.
Yazının əvvəlində də qeyd etdiyimiz kimi, Gültəkin Hacıbəyli çox hikkəlidir. Bir tərəfdən deputatlıq imtiyazının əldən çıxması, digər tərəfdən geridə qalan gənclik... Bu yandan da Gornaboy sakinlərinin Hacıbəylinin onlara məxsus hektarlarla torpağı mənimsəməsi ilə bağlı çoxsaylı şikayətləri cavabsız qalmayınca və sosial ədalət bərpa olununca, Gültəkin bütün hikkəsi ilə marginal müxalifətin yanına qaçdı. Bəli, Gültəkin Hacıbəylini müxalifətin düşərgəsinə gətirən məhz həmin o sosial ədalətin bərpa olunması idi.