Bakı, 2 aprel — Azadmedia.az
Azərbaycan Respublikasının mədəniyyət nazirinin birinci müavini, nazir vəzifəsini icra edən Adil Kərimli martın 31-də Biləsuvar şəhərində Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.
Qəbuldan öncə Ümummilli lider Heydər Əliyevin Biləsuvar şəhərində ucaldılmış abidəsi önünə gül dəstələri qoyularaq xatirəsi ehtiramla yad edilib. Sonra Heydər Əliyev Mərkəzinə baxış keçirilib, mərkəzdə yaradılan şəraitlə tanışlıq olub.
Vətəndaş qəbulunda Biləsuvar, Salyan, Neftçala və Cəbrayıl rayon sakinləri iştirak edib. Vətəndaşların işlə təmin olunma, fəxri adın verilməsi, mədəniyyət sahəsi ilə bağlı təklif və s. müraciətlərinə baxılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.