"Mustafa Ceceli bir vaxtlar həmcinsi ilə eşq yaşayıb" — Trans jurnalist
Jurnalist Mişel Demişeviç sosial media hesabında verdiyi açıqlama ilə sabiq həyat yoldaşı Sinem Gedikin həmcinsi İntizarla yaşadığı qeyri-qanuni münasibətinin görüntülərini mediaya ötürməsilə suçlanan Mustafa Cecelinin də bir vaxtlar öz həmcinsi ilə qeyri-qanuni münasibət yaşadığını iddia edib.
O "Tvitter" hesabında "İstanbul, Bəyoğlu, Cahangirdəki o məşhur kafenin "kişi" sahibi ilə bir vaxtlar sən də böyük bir eşq yaşamışdın, yadına gəlirmi? #Mustafa Ceceli" sözlərini işlədib.
Qeyd edək ki, LGBT, qadın, insan və heyvan haqqları müdafiəçisi Mişel Demişeviç Türkiyənin ilk trans televiziya müxbiridir.