AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Aqil Məmmədov seçicilərlə qəbul keçirdi

  • + A
  • - A
  • 18-02-2021, 18:09



    Kəlbəcər rayonundan Milli Məclisin deputatı Aqil Məmmədov seçicilərlə növbəti qəbul keçirib.

    Qəbulda əsasən, işğaldan azad olunmuş ərazilərdə, o cümlədən, Kəlbəcər rayonunda həyata keçiriləcək infrastruktur layihələrindən, əhalinin mümkün qədər qısa zamanda həmin ərazilərə qayıdışının təmin edilməsindən danışılıb.

    Millət vəkili A.Məmmədov bildirib ki, köçkün əhalinin daha tez müddətdə doğma torpaqlara qayıtması ölkə Prezidenti İlham Əliyevin iradəsidir: “Cənab Prezidentin göstərişləri də bu istiqamətdədir ki, qayıdış proqramı daha tez reallaşsın. Ərazilərin minalardan təmizlənməsi üzrə qurumun yenidən formalaşdırılması, Dirçəliş Fondunun yaradılması, 2021-ci il dövlət büdcəsindən bərpa işlərinə böyük məbləğdə vəsaitin ayrılması da bu məqsədə xidmət edir”.

    Seçiciləri narahat edən məsələlər fərdi qaydada dinlənilib, hər bir müraciətlə bağlı müvafiq tədbirlərin görüləcəyi nəzərə çatdırılıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR