Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb.
Bu barədə parlamentin mətbuat xidmətindən məlumat verilib.
Plenar iclas mayın 21-də keçiriləcək. İclasın gündəliyinə 23 məsələ daxil edilib.
İclasda Ali Məhkəməyə, Bakı Apellyasiya Məhkəməsinə və digər məhkəmələrə hakimlərin təyinatına da baxılacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.