AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Millət vəkili İqbal Məmmədov Milli Məclisdə seçicilərinin üzləşdiyi torpaq problemini qaldırdı

  • + A
  • - A
  • 25-05-2021, 20:22


    Daim seçicilərinin yanında olan, onların üzləşdikləri qayğı və problemlərin ləngimədən aradan qaldırılmasına, həllinə maksimum səy göstərən, eləcə də seçildiyi Lerik rayonunun ictimai tədbirlərində yaxından iştirak edən, maddi və mənəvi dəstək göstərən, aztəminatlı ailələrin, Vətən müharibəsində şəhid olanların, habelə qazilərin ailələrinin daim yanında olan, onları narahat edən məsələlərə son qoyulmasında əsl insanlıq nümunələri göstərən deputat İqbal Məmmədov bu dəfə seçicilərinin üzləşdikləri torpaq problemini Milli Məclisin bu gün-mayın 25-də keçirilən plenar iclasında qaldırdı.
    Millət vəkilinin səsləndirdiyi fikirləri olduğu kimi təqdim edirik:
    -Mən təmsil etdiyim Lerik rayonu ilə bağlı seçicilərimin mənə ünvanladıqları narazılıqları səsləndirmək istəyirəm.
    Lerik rayonunda 90-cı illərin axırında aparılan torpaq islahatları nəticəsində pay torpaqların sonradan yaradılan katastr xəritələrində düzgün tərtib edilməməsi nəticəsində bu gün əhalinin çox hissəsinin haqli narazılıqına səbəb olmuşdur. Belə ki, kəndli pay torpağında əkib-becərdiyi məhsullar üçün nəzərdə tutulan subsidiyanı almaq istədikdə katastr xəritəsində həmin torpaq sahəsinin başqasının adına olduğuna görə, bu güzəştlərdən bəhrələnə bilmir. Torpaq islahatına görə, bir kəndin əhalisinin pay torpağı katastr xəritəsinə görə başqa kəndin yaxınlığındakı pay torpaqlarına düşür. Buna görə faktiki olaraq əksər vətəndaş sənədlə başqasına məxsus torpaqlardan istifadə edir.
    Dəfələrlə seçicilərimin mənə ünvanladıqları narazılıqlarında bildirirlər ki, Bələdiyyələrdən aldıqları Bələdiyyə xəritələrinə uyğun ərazidə özlərinə ev və ya xüsüsi mülkiyyət tikir, mülkiyyət sənədi almaq istədikdə isə yeni çəkilmiş katastr xəritəsində həmin mülkiyyətin tikildiyi torpaq sahəsinin Dövlət Meşə Fonduna və ya başqasına məxsus torpaq sahəsinə aid olduğu bildirilir. Bu səbəbdən mülkiyyət sənədi ala bilmir.
    Buna səbəb 1995-ci ildə Nazirlər Kabinetinin qərarı ilə keçmiş kolxoz, sovxozların istifadəsində olan meşə ətrafı torpaqların Kənd Təsərrüfatı Nazirliyinin balansından alınıb, “Azərmeşə” İstehsalat Birliyinə təhvil verilməsi olmuşdur. Bu qərara əsasən Lerik rayonunda 2389 hektar torpaq sahəsi Lerik Meşə Mühafizəsi Müəssisəsinin balansına verilmişdir.
    Bu səbəbdən rayonun 17 kəndi dövlət meşə fondu torpaqlarında yerləşir. Həmin kəndlərin altında 727 ha torpaq sahəsi vardır. Bu ərazilərdə uzun illərdir ki, əhali məskunlaşmış, yaşayış evləri tikilmiş, meşə ilə örtülü olmayan sahələrdə əkin işləri aparılmışdır.
    Əhalinin çoxsaylı müraciətləri, torpaqdan istifadənin yerli xüsusiyyətləri nəzərə alınaraq müstəsna hal kimi həmin kəndlərin altında olan 727 ha dövlət meşə torpaqlarının onların daimi mülkiyyətinə verilməsi ilə bağlı rayon icra hakimiyyətinin sərəncamı olmuş keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə və Ekologiya Təbii Sərvətlər Nazirliyinin mütəxəssislərinin iştirakı ilə müvafiq torpaq ayırma sənədləri hazırlanmış, uzun illərdən bəri əhali tərəfindən isifadə olunan həmin torpaq sahələrini Dövlət Meşə Fondundan alınaraq kənd əhalisinin daimi istifadəsinə verilməsi barədə kənd bələdiyyələri və ərazi icra nümayəndəlikləri tərəfindən müvafiq qərarlar qəbul olunmuş sənədlər keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə və Ekologiya Təbii Sərvətlər Nazirliyinə göndərilmişdir.
    Azərbaycan Respublikasının Nazirlər Kabineti 02 noyabr 2005-ci il tarixli məktubu ilə həmin torpaqların vətəndaşların xüsusi mülkiyyətinə verilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müvafiq tapşırıq verilsə də, bu günə kimi bu məsələ öz həllini tapmamışdır.
    Söylədiyim narazılıqların həllindən ötrü müvafiq orqanlardan xahiş edirəm ki, Lerik rayonunun 17 kəndində yaşayan əhalinin uzun müddət istifadəsində olan 727 ha meşə fondu torpaqların onların xüsusi mülkiyyətinə verilməsinə və yenidən düzgün fakta əsasən xəritələr çəkilib katastr qeydiyyatına alınmasına köməklik etsinlər.
    Diqqətinizə görə təşəkkür edirəm.

    Hazırladı, Bəradər SƏMƏNDƏRLİ


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR