Milli Məclisin iclasında deputat Tahir Kərimli parlamentdə azlıqda olan partiyalara nəzərdə tutulduğundan az maliyyə köçürüldüyünü bildirib.
Azadmedia.Az-ın məlumatına görə, T.Kərimli Maliyyə naziri Samir Şərifova bununla bağlı sual ünvanlayıb.
“Cənab nazir, mən başa düşə bilmirəm ki, niyə parlamentdə azlıqda olan partiyalara ötən il nəzərdə tutulduğundan 5 min manat az pul ayrılıb? Bu məsələyə aydınlıq gətirməyinizi xahiş edirəm”, - deyə T.Kərimli əlavə edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.