Məşhur Məmmədov: “Erməni faşizminin törətdiyi cinayətlərə görə hüquqi müstəvidə cəzalandırılması vacibdir”“Ermənilərin beynəlxalq məhkəmələrə verilməsi, hüquqi müstəvidə cəzalandırlması istiqamətində səylər davam etdirlməlidir”.
Bunu Moderator.az-a açıqlamasında millət vəkili Məşhur Məmmədov bildirib. Millət vəkili qeyd edib ki, son 30 il ərzində ermənilərin xalqımıza qarşı həyata keçirdiyi çoxsaylı cinayətlərə görə məsuliyyətə cəlb edilməsi vacibdir:
“Ermənilər bu günə qədər Azərbaycanın şəhərlərini, kəndlərini, dini-mədəni abidələrini dağıdıb, insanları evindən, yurdundan didərgin salıb. Minlərlə insanın həyatı məhv edilib. Bütün bu həqiqətlər dünya ictimaiyyətinə çatdırılmalı, beynəlxalq məhkəmələrdə erməni cinayətləri ətraflı şəkildə araşdırılmalıdır. Ermənilər insanlarımızın həyatından 30 il oğurlayıb. Onlar işğalda saxladıqları əraziləri viran edib. Bütün bunlara görə erməni faşizminin cəzalandırılması vacibdir və dövlətimizin bu yöndəki səyləri bundan sonra da davam edəcək”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.