AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Biz axı niyə oturub gözləməliyik ki, fəlakət baş versin?! – Deputatdan sərt mövqe

  • + A
  • - A
  • 15-10-2021, 21:00


    Son zamanlarda yağan aramsız yağışlar respublikanın  müxtəlif bölgələrin, xüsusən də dağlıq ərazilərində ciddi fəsadlara yol açıb. Dağ çaylarının daşması nəticəsində bir sıra yaşayış məntəqlərini su basıb, yollar, körpülər dağılıb. Zamanında bu cür hadisələrin qarşısı istiqamətində işlərin görülməməsi daha ciddi fəlakətlərə yol açır.

    Məsələ ilə bağlı “Ölkə.Az”a açıqlama verən deputat İqbal Məmmədov deyib ki, təhlükə mənbəyi olan dağ çaylarında qabaqlayıcı tədbrilər kimi sahilbərkitmə bəndlərinin və körpülərin tikilməsi ilə bağlı aidiyyatı qurumlara dəfələrlə müracitə etməyimizə baxmayaraq  bu günə qədər müsbət addımlar atılmayıb. “Əfsuslar olsun ki, bu istiqamətdə işlər görülməyib. 

    Təəssüf hisi ilə  qeyd edirəm ki, oktyabrın əvvəlindən başlan yağışların intensivliyi nəticəsində Lerik və qonşu rayonlarda  rayonunda  dağ çaylarında yaranan güclü sel nəticəsində  əhali tərəfindən düzəldilən kustar körpülər dağılıb. Yollar bağlanıb və nəticədə məktəblilər məktəbə gedə bilməmiş, sakinlərin evlərinə, təsərrüfatlarına  külli miqdarda ziyan dəyib. Bir neçə yaşayış məntəqəsinin isə rayon mərkəzi ilə əlaqəsi kəsilib”- qeyd edib.

    Deputat əlavə edib ki, digər təbii fəlakətlərdən fərqli olaraq  aramsız yağışlar  Lerik və dağ rayonlarında hər il payız, yaz aylarında baş verən  hadisələrdir: “Belə olan halda, niyə biz axı oturub gözləməliyik ki, fəlakət baş verəcək və sonra ona baxıb, təəssüflənib,  nəticələrini  aradan qaldıraq. Axı vaxtında qabaqlayıcı tədbirlər görülsə, ziyanın aradan qaldırılmasından daha asan olar və ucuz başa gələr.

    Təsəvvür edin Lerik rayonunun 2200 km kəndlərarası yolu olsa da, onun cəmi 120km hissəsi asfaltlanıb. Digər tərəfdən yol həm də bir ərazinin inkişafı və mədəniyyəti deməkdir. Lakin Lerikdə  yolların bərbad vəziyyətdə olması, köropülərin  olmaması ölkəmizin qət etdiyi inkişaf yoluna yaraşmayacaq səviyyədədir. Bu cür problemlərin vaxtında həll olunmaması bir deputat kimi bizim də fəaliyyətimizə kölgə salır və  etimadın zədlənməsinə gətirib çıxarır. Odur ki, aidiyyatı təşkilatlalr səslənib  taleyeklü məsələlərdə  bir az həssaslıq nümayiş etdirib, qeyd etdiyim məsələləri  nəzarətdə saxlasalar yaxşı olar”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR