AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Yevlaxın bu kəndini sel basdı

  • + A
  • - A
  • 23-08-2020, 14:20

    Yevlaxın bu kəndini sel basdı

    Yevlağın Əkşəm kəndini sel basıb.

    Modern.az-ın məlumatına görə, səhər saatlarından etibarən Əkşəm kəndinə yağan aramsız yağış fəsadlar yaradıb.

    Gülövşə- Əkşəm su kanalı, eləcə də kəndin daxili su arxının daşması selə yol açıb. Kənd arası yolları, həyətləri, məktəbi və digər təsərrüfatları su basıb.

    Sel kənd sakini Duman İsmayılovun həyətyanı daş hasarının bir hissəsini də uçurub. Kənd arasında vəziyyətin normallaşdırılması üçün bəzi maşın mexanizmlər cəlb olunub.

    Qeyd edək ki, qonşu kəndlərdə də leysan yağışlar həyət və təsərrüfatlara ziyan vurub. (APA)


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR