AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Əsas hədəflərimizdən biri işğaldan azad edilmiş ərazilərimizi böyük investisiyalar məkanına çevirməkdir

  • + A
  • - A
  • 28-01-2022, 15:30

    Əsas hədəflərimizdən biri işğaldan azad edilmiş ərazilərimizi böyük investisiyalar məkanına çevirməkdir

    Əliabbas Salahzadə
    Milli Məclisin deputatı


    İşğaldan azad olunmuş ərazilərimizin bərpası və yenidən qurulması istiqamətində görülən genişmiqyaslı işlərdən bəhs edərək bildirib ki, artıq Böyük Qayıdışın astanasındayıq: “Qısa zamanda həyata keçirilən tədbirlər və əldə olunan nəticələr Azərbaycan xalqının qurucu xalq olduğunu dünyaya nümayiş etdirir. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, ordumuzun qüdrəti sayəsində 44 gündə torpaqlarımızın işğaldan azad olunmasına nail olan xalqımız bərpa işlərini də tezliklə başa çatdıracaq. Hazırda bu ərazilərimiz tikinti meydanını xatırladır. Nəqliyyat infrastrukturunun bərpası, yenilənməsi bu işlərin sürətini daha da artırır. Hazırkı dövrün qürurverici məqamlarından biri məhz budur ki, işğaldan azad edilmiş ərazilərimiz həm yerli, həm də xarici qonaqlarını qarşılayır. Məlumdur ki, dost, qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğandan sonra Füzulu Beynəlxalq Hava Limanına növbəti uçuşu İran İslam Respublikasının yol və şəhərsalma naziri, Azərbaycan-İran Hökumətlərarası Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Rüstəm Qasiminin başçılıq etdiyi nümayəndə heyəti edərək həm ermənilərin Füzulidə və Zəngilanda törətdikləri vəhşilikləri, həm də Azərbaycanın öz daxili imkanları, gücü hesabına qısa müddətdə həyata keçirdiyi bərpa və quruculuq işlərini gördülər. Ölkə Prezidenti İlham Əliyev yanvarın 25-də nümayəndə heyətini videoformatda qəbul edərkən səfərin işğaldan azad edilmiş torpaqlardan başlanmasından məmnunluğunu bildirərək qeyd etmişdir ki, Vətən müharibəsində tarixi Zəfərimiz regional əməkdaşlıq üçün çox gözəl imkanlar yaradıb. Dostluq, qardaşlıq əlaqələrinin yeni səhifəsi açılır”.

    Ə.Salahzadə vurğulayıb ki, dövlət başçısı İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işlərinə start verilən zaman dost ölkələrin və onların şirkətlərinin bu prosesdə fəal iştirakı ilə bağlı istəyini bildirmişdir. Qardaş Türkiyə şirkətlərinin bu prosesdə fəal iştirakları göz önündədir: “Təkcə bir faktı xüsusi qeyd etmək kifayətdir ki, Qarabağın dünyaya açılan hava qapısı kimi dəyərləndirilən Füzuli Beynəlxalq Hava Limanı Türkiyə və Azərbaycan mühəndislərinin ortaq fəaliyyətləri ilə inşa edilib. Bu, Azərbaycanın işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirdiyi ilk böyük layihədir. Ölkə Prezidenti İlham Əliyev İran İslam Respublikasının yol və şəhərsalma nazirinin başçılıq etdiyi nümayəndə heyəti ilə videoformatda görüşdə də bu əminliyini ifadə etdi ki, İran şirkətləri yaxın gələcəkdə işğaldan azad edilmiş torpaqlarda fəal işə başlayacaq”.

    Deputat diqqəti, eyni zamanda, yanvarın 24-dən Ağdam və Şuşa şəhərinə avtobus marşrutlarının fəaliyyətə başlamasına yönəldərək vurğulayıb ki, bu mühüm addım da Böyük Qayıdışın əsas tərkib hissələrindəndir: “İşğaldan azad olunmuş ərazilərə səfər edən ölkə vətəndaşlarımız həmin yerlərdə mədəni və dini abidələri ziyarət edəcək, ermənilərin törətdikləri vəhşilikləri öz gözləri ilə görəcəklər. Bu səfərlər, həmçinin həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri ilə tanışlığa geniş imkanlar yaradacaq ki, bu da 30 ilə yaxın torpaq həsrəti ilə yaşayan soydaşlarımızın öz doğma yurd-yuvalarına qayıdışlarının tezliklə reallığa çevriləcəyinə əminliyi artırır. Qısa zamanda tikintisi başa çatan Zəfər yolu Qarabağın tacının, mədəniyyət beşiyimizin tez-tez qonağı olmağımıza imkan yaradır. Şuşaya çəkilən Zəfər yolu, Füzuli Beynəlxalq Hava Limanı kimi böyük infrastruktur layihələrinin qısa müddətdə həyata keçirilməsi ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsinin təcəssümüdür. Reallıq budur ki, dünya müharibələrinin tarixində savaşdan sonra bu sürətlə heç bir yerdə quruculuq-bərpa işləri aparılmayıb”.

    Ə.Salahzadə 2021-ci ildə ölkəmizin sosial-iqtisadi sahədə qazandığı uğurların, eyni zamanda, işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işlərinin fonunda bu əminliyi də ifadə edib ki, “Şuşa İli”ndə daha möhtəşəm uğurlara imza atacağıq: “Hər bir sahə üzrə əldə olunan inkişaf yüksək templə davam etdiriləcək. İqtisadiyyatımızın güzgüsü olan 2022-ci ilin dövlət büdcəsi sosialyönümlülüyü ilə yanaşı, müstəqillik tariximizin ən iri həcmli büdcəsi kimi diqqətdədir. Bərpa və quruculuq işlərinə də böyük həcmdə vəsaitlər ayrılıb. Əsas hədəflərimizdən biri işğaldan azad edilmiş ərazilərimizi böyük investisiyalar məkanına çevirməkdir”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR