AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tarixi Zəfərimiz Azərbaycanın inkişafı, bölgənin firavan gələcəyi üçün yeni perspektivlər açır

  • + A
  • - A
  • 5-11-2021, 12:01


    Əliabbas Salahzadə
    Milli Məclisin deputatı


    Birinci ildönümünü qeyd etməyə hazırlaşdığımız tarixi Zəfərimizdən geniş bəhs edərək bildirib ki, Azərbaycan ordusu dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində 44 günlük İkinci Qarabağ müharibəsinin hər gününü tariximizə Qələbə səhifəsi kimi yazdı. Bu gün böyük qürurla torpaqlarımızın işğal deyil, işğaldan azad edildikləri tarixləri bayram əhval-ruhiyyəsində qeyd edir, bu sevinci bizə yaşadan Ali Baş Komandan cənab İlham Əliyevə, rəşadətli Azərbaycan ordusuna minnətdarlığımızı bildirir, şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə şəfa diləyirik. Azərbaycan ordusu 44 gündə hansı imkanlara, gücə, qüdrətə malik olduğunu dünyaya nümayiş etdirdi. Qarabağın tacı, mədəniyyət paytaxtımız Şuşanın işğaldan azad edilməsinin birinci ildönümünə saylı günlər qalır. 8 noyabr, eyni zamanda, Zəfər Günümüzdür. Dünyaya səs salan Şuşa əməliyyatı beynəlxalq ekspertlər tərəfindən öyrənilir, Azərbaycanın müharibə taktikası təqdir edilir. 44 gündə Ermənistana tarix boyu unutmayacaq dərs verildi və hər zaman bu xatırlatmanı da edirik ki, dəmir yumruq yerindədir. Zəfərimizin rəmzinə çevrilən “Dəmir yumruq” birliyimizin və gücümüzün təqdimatıdır. Azərbaycan ordusu yazdığı Zəfər tarixi ilə ermənilərin illərdir yaratdıqları mifləri dağıtdı. Dünya bir daha gördü ki, yenilməz, məğrur xalq Azərbaycan xalqıdır, güclü ordu Azərbaycan ordusudur. Qüdrətli ordumuz düşməni kapitulyasiya aktını imzalamağa məcbur etdi.”

    Əliabbas Salahzadə işğal, həmçinin postmünaqişə dövrünün reallıqlarına diqqəti yönəldib: “Bütün regional layihələrdən təcrid olunmuş Ermənistandan fərqli olaraq Azərbaycan transmilli layihələr ilə regionda tamamilə yeni mənzərə yaratdı. Azərbaycan regionun enerji, nəqliyyat xəritəsini yenidən tərtib etdi. Ölkəmizin təşəbbüsləri təkcə xalqımızın deyil, bir çox ölkələrin, o cümlədən region ölkələrinin maraqlarını təmin edir. Azərbaycanın beynəlxalq nüfuzu gücləndi. İqtisadi və siyasi müstəqilliyimiz Zəfərimizi şərtləndirən əsas amillərdəndir. Güclü iqtisadiyyatı olan dövlət bütün sahələrdə dayanıqlı inkişafını təmin edəcək. Azərbaycan 30 ilə yaxın dövrdə müharibə vəziyyətində yaşasa da inkişaf modeli ilə dünyanın diqqətində oldu.”

    Millət vəkili bu məqamı xüsusi vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf edən Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz xalqına Qələbəni bəxş etmiş müzəffər orduya çevrildi: “Aparılan uğurlu siyasət və görülən davamlı tədbirlər sayəsində Azərbaycan ordusu dünyanın ən güclü orduları sırasındadır. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması, bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir. Azərbaycan ordusu döyüş hazırlığına görə MDB məkanında ön sıralardadır. Əldə olunan böyük Qələbə ilə Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı, canı bahasına bütün dünya Azərbaycanın şanlı Qələbəsinin şahidi oldu. Azərbaycan öz haqq savaşında zəfər çaldı.”

    Əliabbas Salahzadə bildirib ki, Azərbaycanın tarixinə Qələbə səhifəsi yazan Prezidentə xalqın inamı və ehtiramı sonsuzdur: “Hər zaman xalqın dəstəyinə arxalanan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev işğaldan azad edilmiş torpaqlara səfərləri ilə öz sevincini xalqı ilə bölüşmək istəyini nümayiş etdirir. Prezident-xalq birliyi sarsılmazdır. Dövlətinin, xalqının gələcəyini düşünən Liderə milyonların sevgisi şəksizdir. Cənab İlham Əliyev adını tarixə torpaqlarımızın xilaskarı, qalib Sərkərdə kimi qızıl hərflərlə yazdı. Artıq Azərbaycanın tarixində yeni səhifə başlanıb. İşğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən bərpa və quruculuq işləri ölçüyəgəlməzdir. Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycanı qarşıdakı illərdə möhtəşəm uğurlar gözləyir. Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Azad edilmiş torpaqlara həyat qayıdacaq.”


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR