Qardaş Türkiyədə mayın 28-də keçirilən seçkilərdə Rəcəb Tayyib Ərdoğan yenidən prezident seçilib.
Bunu Milli Məclisin bugünkü plenar iclasında spiker Sahibə Qafarova bildirib.
“Əsl demokratiya şəraitində keçirilən seçkilərdə cənab Ərdoğanın qalibiyyəti Azərbaycan xalqı tərəfindən də sevinclə qarşılanıb. Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında Azərbaycan və Türkiyə bundan sonra da yüksək səviyyədə inkişaf edəcək”,- deyə spiker bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.