AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Bu gün Azərbaycan polisi üzərinə düşən vəzifəsinin öhdəsindən ləyaqətlə gəlir" - DEPUTAT

  • + A
  • - A
  • 12-07-2023, 22:25

    "Bu gün Azərbaycan polisi üzərinə düşən vəzifəsinin öhdəsindən ləyaqətlə gəlir" - DEPUTAT

    "Polislərimizə görə bu gün biz küçədə rahat və qorxusuz gəzə bilirik".

    Bunu Sonxeber.az-a danışan deputat İqbal Məmmədov bildirib.

    Deputat qeyd edib ki, bu gün polislərimiz olmasa nə Bakıda, nə də bu ölkədə yaşamaq olmaz:

    "Bilirsiniz ki, "Polis haqqında" qanuna əsasən, polisin 17 əsas vəzifəsi təsbit olunub. Bunlardan da ilk ikisi ictimai qaydanı qorumaq və ictimai təhlükəsizliyi təmin etmək, habelə cinayətlərin və digər xətaların qarşısının alınması üçün tədbirlər görməkdir. Gədəbəydə baş verən olaylarda da polis üzərinə düzən vəzifəni icra edib. Təbii ki, Gədəbəydə baş verən verən olaylar arzuedilməzdir. Sosial şəbəkələrdə yayılan kadrlarda da aydın görünür ki, qanunsuz toplaşan şəxslər müqavimət göstərərək polisin qanuni tələblərinə qəsdən tabe olmayaraq polisə daş atır, eyni zamanda daşla, küt alətlərlə bir neçə fəhləyə xəsarət yetiriblər. Belə olan halda da polis adekvat tədbirlər görməli idi "Polis haqqında" qanunun 26-cı maddəsinə əsasən, polis əməkdaşı onun qanuni tələblərini icra etməyən şəxsə qarşı hər hansı hüquqpozmanın törədilməsində güc işlədildikdə, o cümlədən insan həyatına və sağlamlığına real təhlükə yaradan basqın və ya digər zorakılıq edildikdə xüsusi vasitələri tətbiq edə bilər".

    Depuatat vurğulayıb ki, bu gün cinayətkarlıqla mübarizədə və əhalinin təhlükəsizliyinin təmin edilməsində polislərimizin rolu böyükdür:

    "Koronavirusa qarşı mübarizədə Azərbaycan polisi çox böyük xidmətlər göstərdi. Eləcə də 44 günlük Vətən müharibəsi zamanı polislərimizin vətəndaşlara yüksək mədəniyyətlə xidmət etdiyinin şahidi olduq. Tək Gədəbəydə baş verən olaylar da deyil, zaman-zaman Azərbaycan polisi məqsədli şəkildə gözdən salınmağa çalışılır. Polislərimizə qarşı bu cür qarayaxma kompaniyaları aparmaq olmaz. Çünki hər Azərbaycan polisi dövlətini təmsil edir. Əgər həqiqətən də hər hansısa hüquq pozuntusu varsa, dövlət lazım olan bütün addımları atacaqdır. Bu məsələdə vətəndaşlarımızın da üzərinə böyük bir vəzifə düşür. Hər birimiz polislərimizə qarşı aparılan qarayaxma komapaniyalarına qarşı çıxmalıyıq.

    Bu gün əminliklə deyə bilərik ki, Azərbaycan polisi üzərinə düşən vəzifəsinin öhdəsindən ləyaqətlə gəlir. Peşəkar kadrların cəlb olunması və polis işinin yüksək səviyyədə qurulması istiqamətində lazım olan bütün addımlar atılmaqdadır. Azərbaycan polisi tək təhlükəsizliyimizin qorunmasında deyil həm də Dağlıq Qarabağın işğaldan azad olunması və erməni təcavüzünün qarşısının alınmasında müstəsna xidmətlər göstərib. Bilirsiniz ki, Azərbaycan müstəqillik əldə etdiyi ilk illərdə ordu qruuculuğu yox idi. Vahid ordu yaranana qədər Azərbaycan polisi torpaqlarımızın qorunmasında aktiv iştirak edirdilər. Birinci Qarabağ müharibəsində və Vətən müharibəsində polislərimiz içində şəhid olanlar oldu. Azərbaycanın müstəqilliyi möhkəmləndikcə, iqtisadi və siyasi baxımdan daha güclü olduqca, cəmiyyətdə də sabitlik hökm sürür. Şübhəsiz, bu, həm də hüquq-mühafizə orqanlarının əməyinin nəticəsidir".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR