AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Deputat Madər Musayev vəfat etdi

  • + A
  • - A
  • 14-07-2023, 13:24

    Deputat Madər Musayev vəfat etdi

    Uzun illərdir Milli Məclisin deputatı seçilən Madər Musayev dünyasını dəyişib. Yaxınlarının verdiyi məlumata görə millət vəkili xəstəlik səbəbilə dünyasını dəyişib.
    Madər Musayev 1947-ci il noyabrın 26-da Bakı şəhərində anadan olub. Moskva Kooperativ İnstitutu Bakı filialının Sənaye əmtəəşünaslığı və ticarətin təşkili fakültəsini bitirib. «Şöhrət» və «Şərəf» ordenləri ilə təltif edilib.
    1964-cü ildən Bakı şəhərində ticarət idarəsində satıcı şagirdi, kiçik satıcı, baş satıcı, 1971-ci ildən mağaza müdiri, 1976-cı ildən universamda baş satıcı, direktor işləmişdir. 1986–1995-ci illərdə «Bahar» ticarət mərkəzinin müdiri vəzifəsində çalışıb.
    Bitərəfdir.
    On ikinci çağırış Azərbaycan Respublikası Ali Sovetinin, birinci, ikinci, üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub
    Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin, İntizam komissiyasının üzvü idi. Gürcüstan, İran, Pakistan, Rusiya, Səudiyyə Ərəbistanı, Tacikistan, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvü olub.
    Evli idi, 3 övladı var.
    Qeyd: "Unikal"ın əldə etdiyi məlumata görə, mərhum bir neçə gün öncə ayağından aldığı xəsarətlə xəstəxanaya yerləşdirilmiş və əməliyyat olunmuşdu.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR