AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Qafqazın Xirosiması" öz əvvəlki simasına qayıdır

  • + A
  • - A
  • 21-11-2023, 12:00

    "Qafqazın Xirosiması" öz əvvəlki simasına qayıdır

    “Qafqazın Xirosiması kimi tarixə düşən, işğal dövründə daşı daş üstündə qalmayan, tamamilə xarabalığa çevrilən Ağdam öz əvvəlki simasına qayıdır, inkişaf edir”.

    Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı İqbal Məmmədov səsləndirib. Ağdamın işğal tarixinə nəzər salan millət vəkili deyib ki, 1993-cü il, iyulun 23-də ermənilər tərəfindən işğala məruz qalan Ağdamın yeraltı və yerüstü sərvətləri 27 il ərzində mənimsənilmiş, məhv edilmişdi:

    “Ermənilərin işğalı dövründə Ağdam sanki ruhlar şəhərinə çevrilmişdi. Rayonun bütün infrastrukturunu məhv edən, talayan ermənilər işğalda olan digər şəhər və rayonlarımız kimi Ağdamın da nə zamansa azad olunacağını bildikləri üçün orada heç bir quruculuq-abadlıq işləri aparmır, əksinə var olan hər şeyi yerlə bir edirdilər”.

    İqbal Məmmədov qeyd edib ki, 2020-ci il, noyabr ayının 20-də bir güllə atılmadan Ağdam şəhəri erməni işğalından azad edilərək öz əzəli sahiblərinə qayıdır:

    “Bu gün həm də Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin imzaladığı müvafiq sərəncam əsasında Ağdam Şəhər Günü kimi qeyd edilir”.

    “Bu gün Ağdamda geniş miqyaslı quruculuq-abadlıq işləri həyata keçirilir. Ağdam öz əvvəlki simasına, görkəminə qayıdır”, deyən millət vəkili qeyd edib ki, qısa müddətdə yerlə yeksan edilmiş bir rayonu abadlaşdırmaq, ora yeni həyat vermək Azərbaycan dövlətinin gücü, qüdrətinin əyani sübutudur:

    “Ağdamda quruculuq-abadlıq işlərinin sürətlə getməsi, rayonun günü-gündən gözəlləşməsini şərtləndirən başlıca amillərdən biri də Cənab Prezidentin birbaşa bu prosesə nəzarət etməsidir. İşğaldan azad edilən hər bir şəhər və rayon kimi Ağdamda da quruculuq-abadlıq işlərinin aparılması dövlət başçısının diqqət mərkəzindədir. Bu da öz-özlüyündə hər bir şəhər rayonda, eləcə də Ağdamda işin sürətlə, məsuliyyətlə həyata keçirilməsini təmin edir”.

    Millət vəkili əmin olduğunu bildirib ki, qısa müddətdə Ağdamda quruculuq-abadlıq işləri başa çatacaq və ağdamlılar öz ata-baba torpaqlarına qayıdacaqlar.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR