AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ə.Nuriyev: “Cəmiyyətin əfvlə bağlı gözləntiləri var” - MÜSAHİBƏ

  • + A
  • - A
  • 23-05-2024, 11:01

    Ə.Nuriyev: “Cəmiyyətin əfvlə bağlı gözləntiləri var” -

    Əfv Məsələləri Komissiyasının üzvü, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyevin AzadMedia.az-a müsahibəsi

    - Əlməmməd müəllim, növbəti sonuncu Əfv komissiyasının iclası keçirilib. İclasın yekun nəticəsində hansı qərarlar verildi?

    - Bildiyiniz kimi, aprelin 3 də komissiyanın ilk iclası keçirildi. Mayın 22-də isə komissiyanın 6-ci iclas baş tutdu. 100-dən artıq müraciətə baxılıb. Komissiyanın iclaslarında baxılan müraciətlərin sayı 700-ü ötüb. Bütövlükdə baxılan hər bir müraciətlə bağlı rəylər qəbul edilir. Qəbul edilən rəylər tövsiyə xarakterli olur. Bu rəylər cənab prezidentə təqdim olunacaq. Cənab prezident tərəfindən son və qəti qərar qəbul olunur. Kimlər əfv oluna, yaxud imtina oluna bilər. Həmçinin onu da bildirməliyəm ki, əfvetmə hüququ prezidentin müstəsna hüququdur. Bu hüquq heç kimə verilmir.

    - Komissiya daha hansı məsələlərə baxır?

    - Əfvetmə komissiyası prezidentin əfvetmə hüququnun həyata keçirilməsini təşkilati texniki baxımdan təşkil edir. Bütövlükdə il ərzində 100-lə müraciət daxil olub. Əfv komissiyasının katibliyi, eləcə də, Prezident Administrasiyasının hüquq-mühafizə orqanlarında iş şöbəsinin əfv sektoru il ərzində fasiləsiz işləyir. 100-lə, bəzən, 1000-lə müraciət daxil olur. Bir çox müraciətlər əfvetmə komissiyasının tələblərinə uyğun olmayaraq kənarda qalır. Bir çox müraciətlər var ki, ümumiyyətlə Əfv komissiyanının mandatına aid olmur. Onlar aidiyyatı üzrə göndərilir. Hesab edirəm ki, bu da bəzi hallarda qanunuvericiliyi bilməməkdən irəli gəlir. Bütün müracətlər emal olunur. Hər bir müraciətlə bağlı müvaiq arayış hazırlanır. Qurumlardan, təsisatlardan rəylər alınır.

    - Vətəndaşların Əfv Komissiyasına münasibəti necədir?

    - Ümumilikdə Əfv komissiyası maraqlı platformadır. Burada geniş plüralizm şəraitində müzakirələr gedir. Komissiya sədri tərəfindən hər bir üzvə müzakirələrin aparılması üçün geniş şərait yaradılıb. Hər kəs daxil olan müraciətlə bağlı öz fikirlərini söyləyə bilər. Sonda isə səsvermə ilə qərarlar qəbul olunur.

    Cəmiyyətin də əfvlə bağlı gözləntiləri var. Biz də bunu başa düşürük . Hər zaman olduğu kimi, bu gün əfv institutu Azərbaycanda oturuşmuş institutdur. Azərbaycan cəmiyyəti tərəfindən alqışlanan, qəbul edilən çox pozitiv bir institutdur. Çalışırıq ki, institutun imicinə, prezidentin etimadına uyğun olaraq həssaslıqla bütün məsələləri müzakirə edək. Cənab prezidentə də hər kəs haqqında ətraflı və dolğun məlumat təqdim edə bilək ki, cənab prezident tərəfindən də qərarlar qəbul olunsun. Onu da qeyd edim ki, bu, sayca 70-ci Əfv sərəncamı olacaq

    Xəlil XƏLİLOV


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR