AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Politoloq: “ Ermənistan daxilində gərginlik müşahidə olunmaqdadır”

  • + A
  • - A
  • 7-06-2024, 16:46

    Politoloq: “ Ermənistan daxilində gərginlik müşahidə olunmaqdadır”


    Ermənistanın daxilində gərginlik səngimir. Radikal-revanşist müxalifətin qabağa verdiyi keşiş Baqrat Qalstanyanın hakimiyyət əleyhinə siyasi təlxəkliyi müşahidə edilməkdədir.

    Hətta iyunun 9-da növbəti etiraz aksiyası planlaşdırılıb.

    Politoloq Arzuman AbdulKərimov AzadMedia.az-a açıqlamasında Ermənistanın daxilində baş verən gərginliyi bu cür şərh edib:

    “Artıq Baqrat Qalstanyan bir bəyanat da verib. Bəyanatda kölgə kabinetini formalaşdırdıqlarını bildirib. Ola bilsin ki, onlar özlərinin Paşinyan hakimiyyətinə açı formada müxalif olacaq şəxslərin gələcək nazirlərin adını çəkə bilərlər. Bu da onu deməyə əsas verir ki, bu proses tam olaraq siyasi prosesdir. Hakimiyyət uğrunda mübarizədir”

    Politoloqun sözlərinə görə, hazırda daha vacib məsələlərdən biri də Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasıdır.

    Azərbaycan tərəfinin fikri dəyişməyib. Biz öz fikrimizdə qalırıq. Reavanşistlər növbəti dəfə hakimiyyətə gələrsə, biz bunu Azərbaycan dövlətinə qarşı növbəti təhdid kimi qiymətləndirəcəyik və bundan sonra sülh prosesinə bir zərbə vuracaq. Cənab prezidentin də dediyi kimi bundan sonra demarkasiya və delimitasiya prosesinə ehtiyac qalmayacaq. Azərbaycan tərəfi və dövləti ordusu özü müəyyənləşdirəcək ki, Azərbaycan Ermənistan sərhədləri harda olsun. O baxımdan Paşinyan hökuməti özündə güc taparaq sülh müqaviləsini təcili formada imzalamalıdır ki, Cənubi Qafqazda sülhə nail olunsun”


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR