AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Prezidentdən viza ilə bağlı fərman

  • + A
  • - A
  • 5-10-2018, 10:57

    Prezidentdən viza ilə bağlı fərman














    Azərbaycana əcnəbilər və vətəndaşlığı olmayan şəxslər xarici işlər nazirinin dəvəti ilə gələndə də vizanı Azərbaycan ərazisində ala biləcəklər.
    Bununla bağlı Prezident İlham Əliyev “Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vizaların rəsmiləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında” fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
    Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər indiyədək Azərbaycana yalnız Prezidentin, Baş nazirin, Milli Məclis sədrinin, Prezident Administrasiyası rəhbərinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin, Prezidentin İşlər İdarəsi müdirinin, Prezidentin Xüsusi Tibb Xidməti rəisinin rəsmi dəvəti ilə gəldikdə vizanı ölkə ərazisində ala bilirdilər. Dəyişikliklə siyahıya xarici işlər naziri də əlavə edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR