AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qüdrət Şükürovun yerinə TƏYİNAT - Eldar Əzizov ƏMR İMZALADI

  • + A
  • - A
  • 11-10-2018, 10:17

    Qüdrət Şükürovun yerinə TƏYİNAT - Eldar Əzizov ƏMR İMZALADI













    Bakı şəhər İcra Hakimiyyətində kadr dəyişiklikləri olub.

    Bakı şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsini icra edən Eldar Əzizovun müvafiq əmri ilə işdən çıxarılan Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürovun yerinə Xalid Ələkbərov təyin olunub.

    Bundan başqa BŞİH Aparatın şəhər təsərrüfatı və sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinə yeni rəhbər təyin edilib. Bu vəzifəyə daha əvvəl SOCAR-da işləmiş 37 yaşlı Ayaz Hüseynov təsdiq edilib.

    Qeyd edək ki, Xalid Ələkbərov daha əvvəl şəhər təsərrüfatı və sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinə rəhbərlik edib. Bildirilir ki, BŞİH-də bundan sonra gəncləşdirmə siyasəti həyata keçiriləcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR