Bolonyada İtaliya polisi ilə antifaşist nümayişçilər arasında toqquşma olub. Azadmedia.az Euronews-a istinadən xəbər verir ki, aksiya iştirakçıları ultrasağçıların yürüşünə etiraz ediblər.
Boloniyada mindən çox insanın toplaşdığı antifaşist yürüşünün iştirakçıları ilə iğtişaşlara qarşı xüsusi təyinatlı polis dəstələri toqquşub. Yürüşə 200-ə yaxın anarxist qoşulub.
Aksiya ifrat sağçıların yürüşünün keçirildiyi yerdən çox da uzaqda solçu qruplar tərəfindən təşkil edilib.
Onlar cinayətin artmasına etiraz ediblər və İtaliyanın alçaldıldığını bəyan ediblər. Polis gözyaşardıcı qazdan istifadə edərək küçəni bağlayıb.
Emiliya-Romanya bölgəsinin yerli hakimiyyət orqanlarında seçkilərə bir həftə qalmış nümayişlər keçirilib. Regional hökumətin başçısı vəzifəsini solçu baxışlara sadiq olan İrene Priolo icra edir. O, iyul ayında Avropa Parlamentinin üzvü olmuş Stefano Bonacchini-ni əvəz edib.
Xəbər verdiyimiz kimi, Hollandiya polisi Fələstin tərəfdarı mitinqdə iştirak etdiyinə görə 50 nəfəri həbs edib.