AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Mənə hədiyyə gətirilən qoyunun 100 manatını kəsib Milli Məclisə gətirməliyəm? – Aqil Abbasdan etiraz

  • + A
  • - A
  • 31-10-2018, 11:06

    Mənə hədiyyə gətirilən qoyunun 100 manatını kəsib Milli Məclisə gətirməliyəm? – Aqil Abbasdan etiraz















    “Deputatların səlahiyyətinin azaldılması son günlər mətbuatda çox müzakirə edilir, hətta sarkazma çevrilib. Bu maddələrin bir çoxu hazırkı maddələrdə var”.
    “Ölkə.Az” xəbər verir ki, bu sözləri millət vəkili Aqil Abbas Milli Məclisin bügünkü plenar iclasında “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında”, “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanunlarına dəyişikliklərə münasibət bildirərkən deyib.

    Millət vəkili deputatın mandatının əlindən alınması barədə qərarın verilməsi şərtlərinin doğru olmadığını deyib:

    “Millət vəkillərimizin hər hansı birinin etik davranış qaydalarını pozub İntizam Komisiyasına düşəcəyini düşünmürəm. İki-üç iclasda iştirak etmədiyinə görə deputat mandatından məhrum etmək doğru deyil. Bəlkə valideynlərimizi çağırıb danlayasınız?Mən iki iclasa gəlməmişəm, bəlkə ayağım burxulub?Məsələni bu cür qoymağı, özümüz jurnalist ola-ola jurnalsitlərin qələminə sarımağı qəbul etmirəm. Məni 40 min nəfər seçici seçib, indi 9 nəfər İntizam Komissiyası üzvü məni bu hüquqdan necə məhrum edə bilər. Qardaş məni siz seçmişdiniz? Əgər mən səlahiyyətimizi düzgün yerinə yetirmirəmsə Füzuli-Ağcəbədi camaatı, seçicilərimə bu səlahiyyət verilməlidir.

    Bütün dünyada 50 dollardan artıq hədiyyə alan onu muzeyə, parlamentə təqdim edir. Bizdə də bunun qəbul edilməsini normal qəbul edirik. Füzulidə bir nəfər mənə 150 manatlıq qoyun kəsir onun 100 manatını kəsib İntizam Komissiyasına təqdim etməliyəm?”


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR