AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanın Belarusdakı səfiri: “Biz razılaşa bilsəydik, bütün bunlar olmazdı”

  • + A
  • - A
  • 23-11-2018, 10:43

    Azərbaycanın Belarusdakı səfiri: “Biz razılaşa bilsəydik, bütün bunlar olmazdı”















    ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin həllində qətiyyəti çatmır”.

    Trend məlumatına görə, bunu Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilov deyib.

    Səfir əlavə edib: “Əlbəttə həmsədrlər artıq neçə ildir ki, münaqişənin həllini axtarırlar… Onlar tərəfindən qətiyyət nümayiş olunmur”.

    Səfirin sözlərinə görə, beynəlxalq hüquq prinsipləri – sərhədlərin toxunulmazlığı, ərazi bütövlüyüdür: “Bundan çıxış edərək hərəkət etmək lazımdır. Əgər biz razılaşa bilsəydik, bütün bunlar olmazdı”.

    Minsk qrupunun tərkibi ilə bağlı daha sonra diplomat qeyd edib ki, “yeni formatlar axtarmaq hər şeyi yenidən başlamaq deməkdir. Deməli hələ daha bir 25 il münaqişənin həlli üçün lazımdır”.

    Səfir əlavə edib ki, danışıqlar sonsuz ola bilməz: “Azərbaycan xalqı məsələnin həllini tələb edir”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR