BBC xəbər verir ki, ABŞ prezidenti Donald Trampın administrasiyası təsdiq edib ki, hakimiyyət miqrasiya xidmətinin reydlərindən sonra etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmalar fonunda Los-Ancelesə 700 dəniz piyadası göndərir.
Sonradan məlum oldu ki, şəhərə daha 2 min Milli Qvardiyaçı gedir.
Ağ Evin yüksək rütbəli nümayəndəsinin AFP-yə verdiyi məlumata görə, qərar “federal işçilərə və binalara qarşı təhdidlərin gücləndirilməsi ilə əlaqədar” qəbul edilib. Onun sözlərinə görə, piyadalar şəhərə dəniz piyadaları korpusunun yaxınlıqdakı “Kamp-Pendlton” bazasından göndərilib.
Kaliforniya qubernatoru Gavin Newsom qərarı "dəlilik" adlandırıb.
Xatırladırıq ki, iyunun 6-da axşam Kaliforniyanın cənubunda Los-Ancelesdə immiqrasiya xidməti ICE-nin genişmiqyaslı reydləri səbəbindən etiraz aksiyaları başlayıb. ABŞ-ın bir sıra şəhərlərində prezident Donald Trampın qeyri-qanuni immiqrasiya ilə mübarizə üzrə genişmiqyaslı kampaniyası çərçivəsində miqrantların saxlanılması üçün reydlər keçirilir.
İyunun 8-də Tramp etirazçılarla toqquşmadan sonra Milli Qvardiyanı Los-Ancelesə göndərib. Son məlumatlara görə, Los-Ancelesin mərkəzində 56 nəfər həbs edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.