AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Hindistan Rusiya ilə yeni S-400 komplekslərinin alınmasını müzakirə edəcək

  • + A
  • - A
  • Bu gün, 11:22

    Hindistan Rusiya ilə yeni S-400 komplekslərinin alınmasını müzakirə edəcək

    Hindustan Times. Hindistan Rusiyadan daha beş S-400 sistemi almağı düşünür

    Hindistan hökuməti Rusiyadan daha beş S-400 “Triumf” zenit müdafiə sistemi almağı planlaşdırır. Bu barədə Hindustan Times qəzeti müdafiə dairələrindəki mənbələrə istinadən məlumat yayıb.

    “Hindistan Müdafiə Nazirliyinin yüksək rəhbərliyi bu həftə rusiyalı həmkarları ilə görüşəcək, Hindistanın uzun mənzilli müdafiə potensialını gücləndirmək məqsədi ilə daha beş S-400 zenit-raket kompleksinin birgə istehsalı və ya Moskvadan birbaşa alınması imkanlarını nəzərdən keçirəcək”.

    Razılaşma Rusiya prezidenti Vladimir Putinin dekabrda Hindistana səfərinə qədər tamamlana bilər.

    2018-ci ildə Hindistan Rusiyadan 5,43 milyard dollar dəyərində ZRK S-400 5 divizionunun alınmasına dair müqavilə imzalayıb. Moskva tədarüklərə 2021-ci ildə başlayıb.

    Bu ilin sentyabrında TASS mənbəyə istinadən xəbər verir ki, Rusiya tərəfi Hindistana “Triumlar”ın çatdırılmasını 2026-cı ildə başa çatdırmaq niyyətindədir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR