Vüqar Gülməmmədov: “İşində nöqsana yol verən vəzifəli şəxslər cəzalandırılıb”
Hesablama Palatası dövlətə dəyən 72,1 milyon manat ziyanı büdcəyə qaytarıb.
Bunu Hesablama palatasının sədri Vüqar Gülməmmədov bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında palatının illik hesabatı zamanı deyib.
V. Gülməmmədov bildirib ki, Palata ilk dəfə olaraq Milli Məclisin komitəsində illik hesabatını təqdim edir.
Palata sədri deyib ki, dövlət büdcəsinin xərci əvvəlki illərdən fərqli nöqsanlara sistemli yanaşma olub:
“Hesabat ilində audit tədbirləri nəticəsində 714 nöqsan qeydə alınıb. Bu əvvəlki illərlə müqayisədə çoxdur. Nöqsanlar daha çox büdcə xərclərinin təyinatı üzrə düzgün istifadə olunmaması, mühasibat uçotunda və dövlətsatınalmalarında qeydə alınıb. Nöqsanlar eyni zamanda əhalininin sosial müdafiəsi sahəsində qeydə alınıb. Hesabat ilində ümumilikdə dövlətə dəyən ziyanın büdcəyə qaytarılıb.
Son 5 ildə 69,5 milyon manatı büdcəyə, 2.2 milyon manatı təşkilatlara, 2,6 milyon manat vəsaiti isə sosial müdafiə fonduna bərpa edib. Ümumilikdə isə 72,1 milyon manat ziyan bərpa edilərək büdəcyə qaytarılıb.
Bundan əlavə olaraq nöqsanlara yol verilən vəzifəli şəxslərin məsuliyyətə cəlb olunub və onlara cəza tətbiq edilib".