AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Vilayət Eyvazovdan yeni TƏYİNATLAR

  • + A
  • - A
  • 6-09-2019, 09:43

    Vilayət Eyvazovdan yeni TƏYİNATLAR

    Daxili İşlər orqanlarında növbəti təyinatlar olub.

    Oxu.az” xəbər verir ki, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

    Əmrə əsasən, polis mayoru Yunis Ələsgərov Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin rəisi təyin olunub.

    Y.Ələsgərov bundan əvvəl həmin bölmənin rəis müavini olub.

    Nazirin digər əmrinə əsasən, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə rəis təyin edilib.

    Belə ki, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı İltimaz Yusifli bu vəzifəyə təyinat alıb.

    Bakı Şəhər Baş Polis İdarəsindən təyinatları saytımıza təsdiq ediblər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR