Masallı Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavinliyinə yeni təyinat olub.
Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə polis mayoru Anar Xəlilov bu vəzifəyə təyin edilib.
A.Xəlilov bu təyinata qədər Masallı RPŞ-nin istintaq bölməsinin rəisi vəzifəsində çalışıb.
Qeyd edək ki, DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru Məhəmməd Rzayev xəbəriOxu.Az-a təsdiqləyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.