AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tofiq Yaqublu Müsavatın başqanlığına namizəd oldu

  • + A
  • - A
  • 17-09-2019, 10:13

    Tofiq Yaqublu Müsavatın başqanlığına namizəd oldu

    Tofiq Yaqublu Müsavat Partiyasının sədrliyinə namizəd olub.

    Bu barədə Yaqublunun özü şəxsi feysbuk hesabında yazıb.

    “Müsavat Partiyasının Divanı növbəti qurultayımızın 12 oktyabr 2019-cu il tarixində keçirilməsi haqqında qərar qəbul etdi. Əminəm ki, Müsavat Partiyası bu dəfə də cəmiyyətimizə növbəti demokratiya örnəyi verəcək. Son günlər bir xeyli götür-qoy etdikdən sonra, nəhayət partiya başqanlığına namizədliyimi irəli sürməyə qərar verdim. Uğurlar, Müsavat!”, – deyə, o, qeyd edib.

    Qeyd edək ki, Tofiq Yaqubludan başqa, Arif Hacılı və Yadigar Sadıqlı da başqanlığa namizəd olacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR