Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, YAP icra katibinin müavini Siyavuş Novruzov da deputat vəsiqəsini girov qoymağı pisləyib. "Ölkə.Az" bildirir ki“Speys” TV-də yayımlanan “Sadə həqiqətlər” verilişinin budəfəki buraxılışı Siyavuş Novruzova həsr olunub.
Verilişdə bir sıra məsələlərə toxunan S.Novruzov gündəmin əsas müzakirə mövzusuna çevrilən deputat vəsiqəsinin girov qoyulmasına da münasibət bildirib:
“Belə bir fakt varsa, iki variantdan biri seçilməlidir: ya dünyada olduğu kimi, fərd mədəni qaydada könüllü istefa verməlidir, ya da Milli Məclisin İntizam Komissiyası daxili nizamnamənin tələblərinə uyğun olaraq addım atmalıdır”. S.Novruzov sabiq nazirlərdən də danışıb və bir sıra digər ittihamlar səsləndirib.
Qeyd edək ki, “Sadə həqiqətlər” verilişi bu gün saat 21:50-də Speys TV-də yayımlanacaq.