Daxili İşlər orqanlarında növbəti kadr dəyişikliyi olub.
Oxu.az məlumatına görə, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, Daxili İşlər Nazirliyinin Diplomatik Nümayəndəliklərin Mühafizəsi üzrə Əlahiddə Polis Taborunun komandiri, polis polkovniki Mehdi Təhməzov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.
Nazirin digər əmrinə əsasən, onun yerinə polkovnik-leytenant Əli Abdullayev təyinat alıb.
Ə.Abdullayev Sumqayıt Şəhər Polis İdarəsinin xidməti üzrə rəis müavini vəzifəsində çalışıb.
Hələlik onun yerinə təyinat yoxdur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.