AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Səttar Möhbalıyev: Bu gün ölkəmizin suverenliyini, inkişafını möhkəmləndirən və ona beynəlxalq arenada nüfuz qazandıran ən mühüm və səmərəli amillərdən biri də multikulturalizm və tolerantlıqdır

  • + A
  • - A
  • 27-01-2020, 11:03

    Səttar Möhbalıyev: Bu gün ölkəmizin suverenliyini, inkişafını möhkəmləndirən və ona beynəlxalq arenada nüfuz qazandıran ən mühüm və səmərəli amillərdən biri də multikulturalizm və tolerantlıqdır


    AHİK sədri, millət vəkili Səttar Möhbalıyev - İlk növbədə qeyd edim ki, Ulu öndərin hakimiyyəti dövründə respublikamızın ictimai, siyasi, iqtisadi, mədəni, mənəvi tərəqqisində misilsiz nailiyyətlər qazanılıb. Bütün varlığı ilə Vətəninə, xalqına bağlı olan Heydər Əliyev hələ bundan sonra onilliklər boyu Azərbaycan xalqına yol göstərəcək, fayda verəcək qiymətli irs yaradıb. Ümummilli lider hazırda aparıcı dünya dövlətlərinin hesablaşdığı respublikamızın hərtərəfli inkişafının əsasını qoyub. Ulu öndər Heydər Əliyevin ideyaları hazırda Onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən həyata keçirilir və yeni-yeni uğurlara yol açır.

    Müstəqil Azərbaycanın məhz cənab İlham Əliyevin rəhbərliyi ilə ciddi uğurlara imza atması, sürətli iqtisadi inkişaf tempi ilə dünyada lider mövqelərə yüksəlməsi də dövlət idarəçiliyinin uzun illər ərzində formalaşmış, təcrübədən uğurla çıxmış təkmil mexanizmlər əsasında həyata keçirilməsi nəticəsində mümkün olub. Ümummilli liderin ciddi elmi təməllərə söykənən inkişaf strategiyasını inamla davam etdirən cənab İlham Əliyev qısa müddətdə Azərbaycanı Cənubi Qafqaz regionunun ən sürətlə inkişaf edən qüdrətli dövlətinə çevirib.

    Bu gün ölkəmizin suverenliyini, inkişafını möhkəmləndirən və ona beynəlxalq arenada nüfuz qazandıran ən mühüm və səmərəli amillərdən biri də multikulturalizm və tolerantlıqdır.

    Sözsüz ki, beynəlxalq aləmdə baş verən proseslərin gərginləşdiyi, dünya birliyini narahat edən müharibə və münaqişələr, hərbi toqquşmalar, beynəlxalq terrorçuluq kimi hadisələrin olduğu və nəticə olaraq insanların öz evlərini tərk etmək məcburiyyətində qaldığı bir dövrdə ölkələrin öz sabitliyini qoruyaraq beynəlxalq arenada nüfuz qazanması olduqca çətin bir prosesdir. Azərbaycan isə bu çətin missiyanın öhdəsindən layiqincə gələn və hətta dünyaya yeni model nümayiş etdirən bir ölkəyə çevrilməyi bacarıb.

    Azərbaycan Prezidenti son 17 il ərzində müstəqil siyasətinə tam sadiqlik nümayiş etdirərək dövlət və xalq qarşısında öz missiyasını ləyaqətlə yerinə yetirdi. Əlbəttə ki, cənab Prezidentin həyata keçirdiyi siyasətin uğurlarını xalqımız görür və qiymətləndirir. Cənab İlham Əliyev hər addımında milli maraq və mənafeləri üstün tutur, ölkə vətəndaşlarının arzu və istəklərini gerçəkləşdirmək üçün əzmkarlıqla çalışır. Azərbaycan Prezidentinin fəaliyyətinin əsas qayəsi də xalqa və dövlətə sədaqətli, layiqli xidmət prinsipi üzərində qurulub. Əminliklə demək olar ki, cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqını uğurlu gələcəyə aparan bu siyasət növbəti illərdə də davam etdiriləcək, böyük nailiyyətlərə imza atılacaq, müstəqil dövlətimizin beynəlxalq aləmdə nüfuzu daha da artacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR