AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Hacıbala Abutalıbovla Qüdrət Şükürov liftlərə ayrılmış 50 milyonu birlikdə mənimsəyiblər?!- VİDEO

  • + A
  • - A
  • 10-05-2017, 13:48

    "Hacıbala Abutalıbovla Qüdrət Şükürov liftlərə ayrılmış 50 milyonu birlikdə mənimsəyiblər?!- VİDEO

















    "Qüdrət Şükürovun dərhal həbs edilməlidir!” "Mən belə hallara qarşı həmişə sərt reaksiyalar vermişəm. Bu kimi insanlar, Qüdrətlər, Şükürovlar bu xalqın və bu dövlətin büdcəsini yeyib dağıdıblar. Sonra da xalqı rəhbərlikdən narazı salırlar. Bunlar yolverilməzdir. Onu işdən müvəqqəti olaraq uzaqlaşdırma ilə kifayətlənmək lazım deyil. O, dərhal həbs edilməlidir" AZXEBER.COM-un məlumatına görə, bu sözləri Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.

    O qeyd edib ki, məmurlar çox arxayındırlar: "Hər bir məmurun arxasında onlarla məmur dayanır. Bu məsələylə əlaqədar nəinki rüşvətxor Qüdrət də, buna şərait yaradan Hacıbala Abıtalıbov da, onun ölkədən çıxışına izin verən sərhəd, gömrük işçiləri də məsuliyyətə cəlb olunmalıdır. Məndə dəqiq məlumat var ki, Qüdrət Şükürov Türkiyəyə gedib ordada mənim qardaşım, cənab Prezident İlham Əliyevə qarşı olan müxtəlif səxslərlə görüşlər keçirib, onlarla iş birliyinə gedərək ölkədə ictimai-siyasi sabitliyin pozulması istiqamətində bu dağıdıcı qüvvələrə pullar ötürüb ki, ölkə gündəmi dəyişsin və bu geri dönüb öz qanunsuz əməllərini davam etdirin. Bu gün səhər saatlarında da Azərbaycana geri dönüb. Biz bu günə qədər çox məmurlar, məmur övladları görmüşük ki, ölkəni yeyib talayıb, sonrada cənab prezidentə qarşı olan koalisiyalara qoşulublar. Qüdrət Şükürovda belələrindəndir. Onun bütün bunlara paralel olaraq "Talış” separatçılarına da müxtəlif zamanlarda, müxtəlif vasitələrlə, xüsusilə də erməni şəriki Markaryanın vasitəçiliyi ilə pullar ötürüb. Bütün bunlar faktdır və hüquq mühafizə orqanları bu şəxsi nəzarətə götürərək araşdırmalıdır. Mən hazırda bu şəxsi diqqətimdə saxlamaqdayam. 1-ci günü digər faktları da ictimaiyyətə və ölkə rəhbərliyinə təqdim edəcəyəm. İmkan verə bilmərəm ki, mənim qardaşıma qarşı onun çörəyini yeyib bu alçaq insanlar tülkü kimi xəyanət etsinlər. Mən hələ də anlaya bilmirəm ki, Hacıbala Abutalıbovla bu Qüdrət Şükürovu hansı tellər bağlayır?! Hacıbala Abutalıbov nə səbəbdən bu korrupsioneri müdafiə edir? Bəlkə Liftlərə ayrılmış 50 milyonu birlikdə, şərikliklə mənimsəyiblər?! Mətbuatdan xahişim bu korrupsioner məmuru hər tərəfli araşdırıb gündəmdə saxlamalarıdır.

    Cənab Prezidentimiz vətəndaşlarımızı məmurlara qarşı vətəndaş nəzarət etməyə çağırıb. Bu gün cənab prezidentin bu çağırışına reaksiya vermək hər bir vətəndaşın, hər bir medianın, hər bir siyasi partiyanın borcudur. Axı necə mən susum? Xalqımın çətin günündə 50 milyondan çox mənimsəmədən söhbət gedir!”



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR