AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ermənistan Azərbaycan əleyhinə İŞİD-ə yol axtarır - sensasion gəlişmə

  • + A
  • - A
  • 16-05-2017, 09:40

    Ermənistan Azərbaycan əleyhinə İŞİD-ə yol axtarır - sensasion gəlişmə

















    Ermənilərin müsəlman Şərqinə artan səfərləri üzərində sirr pərdəsi; Bakıdakı İslam Oyunları fonunda Sərkisyan ərəb ölkəsinə getdi; İrəvan İslam dünyasının Azərbaycana münasibətini dəyişmək planı üzərində işləyir; keçmiş erməni səhra komandiri: “Azərbaycan əleyhinə İŞİD-lə də əməkdaşlığa hazırıq..”

    Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları sözsüz ki, həm də Azərbaycanın müsəlman dünyasında nüfuz və hörmətinin göstəricisidir. Eyni zamanda ərazisinin 20%-i işğal altında olan ölkəmizin islam ölkələrində daha yaxşı təbliği üçün bir şansdır.

    Yəni bu, sadəcə, müsəlman ölkələri arasında bir idman yarışı deyil, eyni zamanda siyasi tədbirdir. Azərbaycanın İslam-Şərq dünyasına daha yaxşı açılması, tanınması üçün unikal fürsətdir.

    Şübhə yox ki, bu prosesləri ən çox xain qonşumuz Ermənistan narahatlıqla izləyir. Buna da əsaslar kifayət qədərdir. Məsələ ondadır ki, İslam dünyası işğalçı ölkənin Azərbaycan əleyhinə təbliğat apara bilmədiyi ən zəif məkandır.

    Diqqət edin, bir milyard yarım əhalisi olan onlarla İslam ölkəsindən indiyədək yalnız yarım-xristian Livan saxta “erməni soyqırımı”nı tanıyıb. 57 müsəlman dövlətini özündə birləşdirən İslam Əməkdaşlıq Təşkilatı (İƏT) isə bir neçə dəfə Ermənistanı təcavüzkar dövlət kimi tanıyan qətnamə qəbul edib, İrəvandan dərhal işğal elədiyi torpaqları tərk etməyi tələb edib, həmçinin Xocalıdakı etnik təmizləməni soyqırım kimi tanıyıb.

    Həmin sənədlərə səs vermiş ölkələr arasında, nə qədər qəribə də olsa, hətta Ermənistanla isti münasibətlərdə olan İran da var. İslam dünyasının ən nüfuzlu dövlətləri olan Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı, habelə Özbəkistan isə Qarabağ və digər müsəlman ərazilərinin işğalına görə, ümumiyyətlə, Ermənistanla bu günədək diplomatik əlaqələr qurmayıb, Pakistan və Səudiyyə Ərəbistanı, üstəlik, onu hələ də dövlət kimi tanımır. Yaxın Şərqin böyük qeyri-müsəlman dövlətlərindən olan İsrailin Azərbaycanla isti əlaqələri də öz yerində.

    Bu kimi sərt reallıqlar əlbəttə ki, Ermənistanı ciddi narahat edir. Həm də o səbəbə ki, Azərbaycana dəstək verən 57 İslam ölkəsi, İsrail BMT-də ciddi səs deməkdir. Təsadüfi deyil ki, rəsmi İrəvan illərdir Dağlıq Qarabağ məsələsinin BMT-yə qaytarılmasına qarşı müqavimət göstərir.

    Paralel surətdə bədxah qonşularımız reallığı öz xeyrinə dəyişmək üçün neçə vaxtdır böyük çabalar içindədir, dəridən-qabıqdan çıxır. Son vaxtlar Ermənistanın yüksək çinli rəsmlərinin islam və ərəb ölkələrinə (İran, Birləşmiş Ərəb Əmirlikləri) və İsrailə artan səfərləri də heç şübhəsiz ki, öncəliklə “balansı” öz xeyrinə dəyişmək hədəfi güdür.

    Maraqlıdır ki, Bakıda İslam Oyunları başlar-başlamaz Ermənistan prezidenti Serj Sərkisyan Qətərə səfər edib. Sərkisyanın mətbuat xidmətindən verilən xəbərə görə, səfər zamanı o, Qətər əmiri Tamim bin Həmad əl-Tani ilə görüşəcək. Erməni liderin həmçinin “Qətər Eyrveys” şirkətinin direktoru Əkbər əl-Bəkr və digər qətərli iş adamları ilə də görüşü planlaşdırılır.

    Bu yerdə qeyd edək ki, Qətər Türkiyə və Azərbaycanla çox isti münasibətlərə malik ərəb dövlətidir. Həmçinin yuxarıda vurğulandığı kimi, İƏT üzvü olaraq Ermənistanı işğalçı kimi tanıyan ölkələrdəndir. İndi belə görünür, bu fakt Xocalı canisinin bu ərəb-müsəlman ölkəsinə səfərinə mane ola bilməyib...

    Sərkisyanın belə səfərlərdə guya qarşılıqlı işgüzar əlaqələr qurmaq niyyəti güdüldüyü bildirilsə də, əslində əsas hədəflər başqadır. Biri deyildi - məkrli əks-təbliğat hesabına Azərbaycanın müsəlman-ərəb dünyasında nüfuzunu zəiflətmək, işğal amilini arxa plana keçirmək, uydurma genosidin tanınması üçün daha münbit zəmin yaratmaq. Təbii ki, ayrı bədniyyətli hədəflər də yox deyil.

    Bu arada keçmiş erməni səhra komandirlərindən olan quldur Vova Vartanov mövzumuza dəxli olan maraqlı açıqlama verib. Musavat.com-un erməni qaynağına istinadən verdiyi məlumata görə, Vartanov İrəvanda jurnalistlərə öncə Qarabağ məsələsində Ermənistanın “təşəbbüsü özünə qaytarmalı” olduğunu bildirərək deyib: “Biz daima azərbaycanlıların fəallığına reaksiya verməli oluruq - tanklar, təlimlər, yəni reflektor hərəkətlər edirik. Bu şəkildə özünü yalnız başı kəsilmiş və pəncəsinə turşu tökülmüş qurbağa aparır. Biz 1993-cü ildə böyük səhvə yol vermişik və bu səhvi davam etdiririk - hesab edərək ki, əlimizdən gələni artıq eləmişik. Bu isə təşəbbüsü düşmənə vermək deməkdir. Prezidentlər, müdafiə nazirləri dəyişib, iş dəst-xətti isə dəyişməz qalıb. Biz təşəbbüskar və tələbkar olmalıyıq”.

    Erməni quldurun sonrakı sözləri isə daha ilgincdir. Belə ki, o, “Azərbaycanın zəiflədilməsi və məhv edilməsi” üçün İŞİD terror təşkilatı ilə də əməkdaşlığı mümkün saydığını deyib (Bəllidir ki, İŞİD əsasən ərəblərdən ibarətdir).

    Necə deyərlər, erməni səhra komandiri Azərbaycana qarşı şeytanla müttəfiqliyi də mümkün sayır. Çünki özləri də şeytan xislətlidirlər. Əslinə qalsa, burada təəccüblü bir şey yoxdur. Qonşu ölkələrə - Türkiyəyə, Azərbaycana qarşı əsassız ərazi iddialarını gerçəkləşdirmək üçün ermənilər İŞİD-dən hələ xeyli öncə (ASALA, QNÇAK) terror üsullarından gen-bol istifadə ediblər. İndi də istifadə etməyə çalışırlar.

    Bu yaxınlarda Qarabağda ASALA bayrağının peyda olması, habelə Ermənistanın keçmiş baş nazirinin və bəzi hərbçilərinin Azərbaycanın çirkli atom bombası ilə hədələməsi də qətiyyən boşuna deyildi. Bundan əlavə, Ermənistandaxili siyasi mübarizədə terror çoxdan ən sınanmış vasitəyə çevrilib. 1999-cu il oktyabrın 27-də Ermənistan parlamentinin gülləboran edilməsi və spikerin və baş nazirin qətlə yetirilməsi buna bariz sübutdur. Ən önəmlisi, günahsız insanları qətlə yetirməklə ermənilər fəxr etdiklərini heç vaxt gizlətmirlər. Yəni İŞİD-lə ideya ortaqlığı, su-çuxur məsələsi.

    Ancaq Azərbaycana qarşı İŞİD-lə ittifaq məsələsində ermənin xeyrinə olmayan bir vazkeçilməz əngəl var. Bu da odur ki, İŞİD Rusiyanın da hədəfində olan, Rusiyanın terrorçu kimi tanıdığı bir təşkilatdır. Hər halda, kağız üzərində belədir... (musavat.com)


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR