AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İslam Oyunları Azərbaycana nə qazandıracaq? - Deputatdan açıqlama

  • + A
  • - A
  • 12-05-2017, 12:51

    İslam Oyunları Azərbaycana nə qazandıracaq? - Deputatdan açıqlama

















    "Azərbaycan IV İslam Həmrəyliyi Oyunları vasitəsi ilə özünün müstəqilliyində qazandığı nailiyyətləri dünyaya nümayiş etdirə biləcək”

    Bu sözləri bakipost.az-a Yeni Azərbaycan Partiyası İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə deyib.

    Onun sözlərinə görə, Azərbaycanın inkişaf təcrübəsi oyunlarda iştirak edəcək bir çox ölkələr üçün maraqlı olacaq: "İlk növbədə ölkənin idman və turist infrastrukturu belə yarışı keçirmək üçün hazır olduqda həmin ölkəyə razılıq verilir. Yəni Azərbaycan öz inkişafında bu gün 54 ölkənin iştirak etdiyi 3000-dən çox idmançı ilə təmsil olunan möhtəşəm bir yarış keçirə bilir. Bu, Azərbaycan dövlətçiliyinin inkişafının, onun beynəlxalq aləmdə ilk növbədə yüksək nüfuzunu göstərir. Azərbaycan bu yarışlar vasitəsi ilə özünün müstəqilliyində qazandığı nailiyyətləri dünyaya nümayiş etdirə biləcək.

    Həmçinin Azərbaycanın inkişaf təcrübəsi bu ölkələr üçün maraqlı olacaq. Nəzərə alsaq ki, bu ölkələrin bir qismi Afrika və Asiyanın inkişaf etməkdə olan ölkələridir, Azərbaycanın dövlət quruculuğu və iqtisadiyyatının modelləşməsi siyasəti onlar üçün maraqlı olur”.

    Deputat bildirib ki, eyni zamanda Azərbaycan bu cür yarışlar vasitəsi ilə rastlaşdığı Dağlıq Qarabağ problemini də dünyada daha çox tanıda bilir: "Bununla da beynəlxalq təşkilatlarda dəstəyini artırır. Belə yarışların keçirilməsi və çox sayda ölkələrin burada iştirakı Azərbaycanın dostlarının da sayını artırır. Bu ölkələrlə Azərbaycanın sıx əlaqələri var. Amma bir sıra ölkələr var ki, onların Azərbaycanla olan əlaqələri diplomatik əlaqədən o tərəfə keçməyib. Həmin ölkələrin yüksək dövlət xadimləri və çox sayda nümayəndə heyəti ilə təmsil olunmaq ölkəmizi özləri üçün kəşf etməyə gətirib çıxara bilər.

    Bu gün dünyanın bütün aparıcı kütləvi informasiya vasitələri IV İslam Həmrəyliyi Oyunlarından bəhs edəcək. İstər-istəməz Azərbaycan bir daha dünyaya tanınacaq”.

    A.Mirzəzadə hesab edir ki, IV İslam Həmrəyliyi Oyunları Azərbaycanın gələcəkdə Yay Olimpiya Oyunları keçirmək şanslarını daha da artırır.

    Qeyd edək ki, bu gün Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının rəsmi açılış mərasimi olacaq. Bakı Olimpiya Stadionunda keçiriləcək tədbir saat 21:00-da başlayacaq.

    IV İslam Həmrəyliyi Oyunlarına qatılacaq 54 ölkənin 3000-dən artıq atleti 21 idman növündə 269 dəst medal uğrunda mübarizə aparacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR