AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Bu xəbər bizi olduqca sarsıtdı" - İlham Əliyev

  • + A
  • - A
  • 5-06-2017, 09:52

    "Bu xəbər bizi olduqca sarsıtdı" - İlham Əliyev

















    Azərbaycan prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının baş naziri Tereza Meyə dünən Londonda törədilən terror aktları ilə bağlı başsağlığı verib

    Dövlət başçısı bildirib ki, Londonda törədilmiş terror aktı nəticəsində insan tələfatı və yaralananlar barədə xəbər bizi olduqca sarsıdıb.

    Azərbaycan prezidenti qeyd edib ki, bu qanlı hadisə terrorizmin dəhşətli bir bəla olduğunu, onun bütün təzahürlərinə qarşı qətiyyətlə və ardıcıl mübarizə aparılmasının zəruriliyini və vacibliyini bir daha təsdiq edir:

    "Baş vermiş faciə ilə əlaqədar kədərinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, Birləşmiş Krallığın bütün xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR