AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Açıq havada maska məcburiyyəti ləğv olunur? - Prezidentin Şuşadan Operativ Qərargaha verdiyi mesaj

  • + A
  • - A
  • 14-05-2021, 20:19



    Xəbər verdiyimiz kimi ötən gün Şuşada keçirilən "Xarıbülbül” Musiqi Festivalında Prezident İlham Əliyev insanları salamladıqdan sonra hər kəsdən maskalarını çıxarmalarını xahiş edib. Bundan sonra həmin addımın açıq havada maska taxmaq qərarına təsir edəcəyini düşünənlər kifayət qədər artıb. Çoxluq açıq havada maska taxılmasının tərəfdarı deyil və qərarın ləğv edilməsini istəyir.

    Məsələ ilə bağlı tibb üzrə ekspert Adil Qeybulla Sfera.az-a açıqlamasında deyib ki, Operativ Qərargah prezidentin son addımını nəzərə alacaq:

    "Əslində bu, çoxdan həyata keçirilməli olan qərar idi. Çünki biz qapalı mühitdə, iaşə müəssisələrində, restoranlarda, çay evlərində saatlarla maskasız otururuq. Halbuki bunun yoluxma riski daha yüksəkdir. Bayıra çıxanda isə maska taxırıq. Bu, tam absurd bir qərardır və bir-birinə daban-dabana ziddir. Bunun elmi izahı da yoxdur. O mənada qərar çoxdan ləğv olunmalı idi”.

    Müsahibimiz düşünür ki, açıq havada insanları maska taxmağa məcbur etmək düzgün deyil:"Qapalı mühitdə qaydalar gözlənməlidir və karantin qaydalarının isə hansısa formada saxlanılması , hətta yumşaldılsa belə, pandemiyanın son zənginə qədər qalması məqsədəuyğundur”.

    Milli Məclisin deputatı Razi Nurullayev saytımıza açıqlamasında qeyd edib ki, artıq bütün dünyada koronavirus pandemiyasına adaptasiyada müəyyən irəliləyişlər var:

    "Bu və digər ölkələr əvvəlki sərt qərarlarına dəyişikliklər edir və insanlara daha çox sərbəstlik verirlər. Azərbaycanın da gözəl təbiəti var, hava günəşlidir. Əlbəttə, belə havada açıq havada maskanın taxılması doğru deyil. Ölkə başçısının "Xarıbülbül” Musiqi Festivalındakı addımını alqışladım. İnanıram ki, prezidentin bu cür jesti Operativ Qərargah üçün də bir stimul ola bilər”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR