AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Akademik Əhliman Əmiraslanov: “Tibbdə innovativ texnologiyaların tətbiqi ilə böyük uğurlara imza atılır”

  • + A
  • - A
  • 5-07-2021, 23:46


    Milli Məclisinin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov “Sağlamlıq elmləri və innovasiyalar” mövzusunda IV Beynəlxalq Konqresin açılış mərasimində çıxış edib.

    Akademik Ə.Əmiraslanov müasir dövrdə tibb elminin bütün sahələrində böyük inkişafın müşahidə olunduğunu deyərək, qabaqcıl innovativ texnologiyaların tətbiqi ilə ürək damar patologiyaları, onkoloji xəstəliklər, yoluxucu xəstəliklər, stamatologiya, orqan köçürülməsi, yeni nəsil dərman preparatlarının hazırlanması sahələrində mühüm nailiyyətlərin əldə olunduğunu diqqətə çatdırıb.

    O, tibb sahəsində əldə edilən uğurların əsas səbəblərindən birinin elmi tədqiqatlar arasında mövcud olan məsafə uzaqlığının getdikcə aradan qalxması ilə bağlı olduğunu bildirib, fundamental elmi tədqiqatlar nəticəsində qazanılan elmi nailiyyətlərin qısa bir müddətdə tibbi təcrübə səviyyəsinə çatdığını vurğulayıb. Ə.Əmiraslanov tibbdə müasir texnologiyaların rolunu təsdiq edən digər bir nümunənin pandemiya dövründə özünü büruzə verdiyini qeyd edərək, dünyanın əksər ölkələrində səhiyyə sistemlərinin yeni növ koronavirusla mübarizədə böyük təzyiqlərə davam gətirdiyini bildirib. Əlavə edib ki, müasir texnologiyaların səhiyyə sisteminə tətbiqi ilə COVID-19-a qarşı vaksinləri tibbi təcrübəyə tətbiq etmək mümkün olub.

    Komitə sədri gələcəkdə, xüsusilə nanotibb, bio-materiallar, süni intellektin tətbiqi, teletibbin inkişafı, kök hüceyrələrinin daha müasir səviyyədə istifadə olunması ilə praktik təbabətdə böyük uğurlara imza atılacağına əminliyini ifadə edib.

    “Bu gün dünyada insanların orta yaş göstəricisinin artmasının əsas səbəblərindən biri tibbdə müasir texnologiyaların tətbiqi ilə bağlıdır”, - deyən Ə.Əmiraslanov artıq dünyanın 40-dan çox ölkəsində orta yaş göstəricilərinin 80 yaşın üzərində olduğunu diqqətə çatdırıb.

    Alim tibbdə innovativ texnologiyalara həsr olunmuş konqresin proqramında tibbin və səhiyyənin, insan sağlamlığının bütün sahələrini əhatə edən əhəmiyyətli mövzulara həsr olunmuş məruzələrin yer aldığını bildirib. Tədbirdə bütün dünyadan sahə üzrə mütəxəsisslərin iştirakı etdiyini söyləyən Ə.Əmiraslanov konqresin praktik sahəyə öz töhfəsini verəcəyinə inamını bildirib.

    Səhiyyə komitəsinin sədri Türkiyə və Azərbaycan elmi qurumlarının birgə təşkilatçılığı ilə keçirilən mötəbər konqresin iki qurum arasında səmərəli əməkdaşlığın bundan sonra da davam etməsi, elmi ictimaiyyətin bir virtual məkanda toplanaraq tədqiqat nəticələrini, nailiyyətləri və mövcud imkanları bölüşmələri və elmi əlaqələrin gücləndirilməsi baxımından xüsusi əhəmiyyətə malik olacağına inamını vurğulayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR