AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

540 məlumat hazırlanaraq Baş Prokurorluğun veb-saytında və sosial media səhifələrinə yerləşdirilib

  • + A
  • - A
  • 12-07-2021, 11:37


    Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən prokurorluq orqanlarının fəaliyyətini əks etdirən rəqəmlər barədə kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə #gununreqemi həştəqi ilə məlumatlar yerləşdirilir.
    Baş Prokurorluğun Mətbuat Xidmətindən Azadmedia.az-a verilən məlumata görə, bu günün rəqəmi isə 540-dır.
    Belə ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidməti tərəfindən 2021-ci ilin I yarımili ərzində prokurorluğun fəaliyyətindəki yeniliklər, ictimai maraq kəsb edən cinayət hadisələri, habelə Baş Prokurorluğun rəhbərliyinin işgüzar görüşləri və səfərləri barədə 540 məlumat hazırlanaraq Baş Prokurorluğun veb-saytında və sosial media səhifələrinə yerləşdirilmiş, eyni zamanda kütləvi informasiya vasitələrinə yayılması təmin edilmişdir.
    Prokurorluq orqanlarının fəaliyyətindəki yeniliklərdən xəbərdar olmaq üçün sosial şəbəkə səhifələrinin izlənilməsi tövsiyə olunur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR