AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanlı milyarderin 2 milyonluq maşını əlindən alındı

  • + A
  • - A
  • 15-09-2017, 11:13

    Azərbaycanlı milyarderin 2 milyonluq maşını əlindən alındı













    “Mardan Palace”ın sahibi, azərbaycanlı iş adamı Telman İsmayılovun oğlu Sərxanın 2 milyon dəyərindəki Rolls-Royce markalı avtomobili bir şirkət tərəfindən müsadirə edilib.

    “Qafqazinfo” məlumatına görə, iş adamının oğlunun 465 min lirə borcu qarşılığında maşına müsadirə qərarı çıxarılıb.

    Həmin avtomobildə otelin açılışı zamanı Monika Belluçu, Şakira, Paris Hilton kimi məşhurlar əyləşiblər.

    Məşhur otelin baş direktoru Selçuk Şentepe də borcları ilə əlaqədar olaraq çətin günlər yaşadıqlarını etiraf edib.

    Şentepe həmçinin bildirib ki, “Mardan Palace”ın sahibi Türkiyə 1,5 milyard dollar sərmayə qoyub, qarşılığı bu olmamalı idi: “Maşını müsadirə edildi” başlığı ilə gündəmə gəlməməli idilər”.

    Xatırladaq ki, ötən gün Rusiyada hüquq-mühafizə orqanları azərbaycanlı iş adamı Telman İsmayılova aid 12 ünvanda axtarış aparıblar.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR