AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sahibə Qafarova Parlament Sədrlərinin Avropa Konfransında iştirak edəcək

  • + A
  • - A
  • 19-10-2021, 15:23


    Oktyabrın 20-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Parlament Sədrlərinin Avropa Konfransında iştirak etmək üçün Yunanıstanın paytaxtı Afina şəhərinə səfər edəcək.
    Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Azadmedia.az-a verilən məlumata görə nümayəndə heyətinin tərkibinə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, deputatlardan Cavanşir Feyziyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.
    Milli Məclisin sədri Sahibə Qafarova konfransda çıxış edəcək, müzakirə olunan məsələlərə Azərbaycan tərəfinin münasibətini bildirəcək. Parlament sədrinin tədbirdə iştirak edəcək nümayəndə heyətlərinin başçıları ilə bir sıra görüşləri nəzərdə tutulub. Bu görüşlərdə ikitərəfli və çoxtərəfli formatda əlaqələrin inkişafı, əməkdaşlığımızın gələcək inkişaf istiqamətləri və digər məsələlər barədə fikir mübadiləsi aparılacaq.
    Səfər oktyabrın 22-də başa çatacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR