AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanlı milyarderlər Beynəlxalq Bankın torpağına göz dikib

  • + A
  • - A
  • 29-09-2017, 13:42

    Azərbaycanlı milyarderlər Beynəlxalq Bankın torpağına göz dikib














    Rusiyada yaşayan azərbaycanlı milyarderlər - Qod Nisanov və Zaxar İliyev Azərbaycan Beynəlxalq Bankına məxsus torpaq sahəsini satın almaq istəyir.

    Bu barədə "Forbes"ə Qod Nisanov məlumat verib.

    Azərbaycanlı milyarderlərin sahibi olduğu "Kiyev meydanı" şirkəti Beynəlxalq Bankın Rusiyadakı törməsi olan "ABB-Moskva" MMC-yə məxsus iri torpaq sahəsinə göz dikib. Həmin küçə Moskvanın mərkəzində - Arbat küçəsi ilə şəhər bulvarının kəsişməsində yerləşir.

    "Bu Azərbaycan Beynəlxalq Bankına məxsus layihədir. Biz ona maraq göstərərdik. Lakin hələlik bizim üçün bu işdə heç bir prespktiv görmürəm. Onlar bu ərazini necə satacaqlarını hələ müəyyənləşdirməyiblər. Əvvəlcə onlar danışıqlara başladılar, sonradan isə dayandırdılar" deyə Qod Nisanov bildirib.

    Qeyd edək ki, Zaxar İliev 1966-cı ildə, Qod Nisanov isə 1972-ci ildə Qubada - Qırmızı qəsəbədə dünyaya gəlib. Hər iki milyonçu Rusiya vətəndaşıdır.

    ///qaynarinfo


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR