AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

AZƏRBAYCAN VƏ ONUN GÜCLÜ DÖVLƏTLƏRLƏ KONFEDERASİYA OLMA EHTİMALLARI

  • + A
  • - A
  • 11-01-2022, 09:41


    Bayram Quliyev,
    Tarix üzrə fəlsəfə doktoru

    Hal-hazırda çox mürəkkəb şəraitdə iri dövlətlər regionlarda istər siyasi, istərsə də iqtisadi baxımdan təsir gücü olmağa çalışırlar. Qazaxıstanda baş verən hadisələr də heç şübhəsiz ki, iri dövlətlərin təsir güclərinin savaşları fonunda baş vermişdi. Bu zaman konkret olaraq hər hansı bir gücü günahlandırmaq absurd olduğu qədər qeyri-professional düşünməkdən başqa bir şey deyil. Heç şübhəsiz ki, hazırda kiminsə haranısa işğal etməsindən söz gedə bilməz. Amma konfederativ birliyin yaranması heç də çətin bir şey deyil. Dürüst olmaq gərəkirsə, Rusiyanın keçmiş Sovetlər Birliyi ölkələri üzərində təsir qüvvəsi digər iri güclərə nəzərən daha böyükdür. Lakin dil, din və mentalitet fərqi, Rusiyanın son zamanlar yanlış hərbi siyasəti ona qarşı güvənsizliyin yaranması imkan verə bilməz ki, Türk ölkələri onunla konfederasiya olsun. Halbuki, Rusiya dost canlı davranmış olsaydı post-Sovet ölkələri ilə Qərbə qarşı mübarizə apara bilərdi. Hazırda Rusiyanın buna çox ehtiyacı var, amma süni münaqişə ocaqları yaradılmış dövlətlər bir-biri ilə heç bir uzlaşmaya getməyəcəklər.
    Belə olan təqdirdə Azərbaycan Türkiyə ilə konfederasiya ola bilərmi? Vurğulamaq lazımdır ki, bu Stalizmə qədər Türküstan, ondan sonra parçalanaraq Mərkəzi Asiya ölkələri adlanan Türk toplumlarında mümkün deyil. Çünki, onlar daha çox Rusiya təsirindədirlər, hətta bəzilərinə rusdilli təhsil ana dili səviyyəsindədir. Hətta bu ölkələr öz aralarında rusca danışaraq ünsiyyət qurular və əlifbaları belə müxtəliflik təşkil edir. Realist davranarsaq ortaq nə isə etmək imkansız kimi görsənir.
    Türkiyə ilə Azərbaycan arasında dil, din və bir çox yaxınlığa rəğmən bu məsələ də real görsənmir. Çünki bizim təhsil sistemimiz tamamən fərqli formadadır və daha çox Rusiyaya yaxındır. Dünyada doktorluq bir mərhələlidirsə bizdə də Rusiyada olduğu kimi iki mərhələlidir. Türkiyədə təhsil iki pilləlidir və litsey qavramı var, bizdə isə 11 illik təhsil sistemidir. Avropa ölkələri ortaq pul dövriyyəyə buraxmağı bacarıblar, lakin Türk dövlətlərində belə bir prosesin olması mümkünsüzdür. İqtisadi məsələlərə gəlincə, hələ də Türkiyədən Azərbaycana gələn mallardan, eləcə də Azərbaycandan Türkiyəyə gedən mallardan gömrük vergisi və sənədləşməsi həyata keçirilir. Bundan başqa Türkiyə ilə bizim bir çox dövlət strukturlarımız fərqli prinsiplərlə fəaliyyət göstərir. Ərazi bölgümüz belə fərqlidir.
    Əslində Azərbaycana hər hansı bir konfederasiya lazım deyil. Ölkənin bütün istiqamətlərdə potensialı mövcuddur. Bunun üçün əsas etibarı ilə ölkədəki yad ünsürlər müəyyən edilməlidir. İstənilən gücün təsirinə düşə biləcək bir cəmiyyətdən təhlükəli heç bir şey ola bilməz. Belə cəmiyyətləri asanlıqla manipulyasiya etmək mümkündür. Bunun qarşısını almağın sadəcə bir yolu var. O da elm və təhsili gücəndirmək, özünü, vətənini, dövlətini dərk edən sadiq vətəndaşlar yetişdirməkdir. Belə vətəndaşları nə keçələrə tökmək mümkündür, nə də hansısa gücün təsirinə salmaq. Savadsız cəmiyyət sosial şəbəkələrin təsiri ilə hər şey edə bilə və ölkəni istəməyən qüvvələr bundan məharətlə istifadə edə bilər. Azərbaycan qədim tarixi kökləri, minilliklərdən üzü bəri dövlətçilik ənənəsi olan ölkədir. Bu ölkəyə də savadlı və dövlətçiliyinə bağlı vətəndaşlar lazımdır nəinki, təhsilsiz, təsir dairəsinə düşə bilən bir cəmiyyət.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR