İlqar Məmmədov həbsxanada gizli nizamnamə yazdı — REAL partiya ELAN OLUNUR
Bu gün keçiriləcək mətbuat konfransında Respublikaçı Alternativ Hərəkatının (REAL) partiya elan edilməsi planlaşdırılıb.
AZTB.info-nun REAL-dan əldə etdiyi məlumata görə, toplantı zamanı REAL siyasi partiya elan olunacaq.
Bundan əlavə tədbirdə REAL-ın partiya nizamnaməsi də açıqlanacaq.
Məlumata görə, sözügedən nizamnamə REAL-ın hazırda həbsdə olan sədri İlqar Məmmədov tərəfindən hazırlanaraq, təşkilata göndərilib.
Tədbiri Respublikaçı Alternativ Hərəkatının İdarə Heyətinin üzvü Azər Qasımlı aparacaq.
Qeyd edək ki, Azərbaycan qanunvericiliyinə əsasən, məhbusun siyasi fəaliyyətlə məşğul olması qadağandır.