Eldar Mahmudovla reputasiyası dağıdılan İqbal Ağazadənin karyerası bitir - Təfərrüat
Ümid Partiyasının sədri, keçmiş deputat İqbal Ağazadəyə MTN-lə əlaqələrinə görə cinayət işi açıla bilər
Bu haqda Ulus.Az-a verilən xəbərdə iddia olunur.
Onun MTN çetesi ilə əlaqələri, Elçin Quliyev və İlqar Əliyevlə münasibətlərinin olması haqda ittihamlar səslənir. İ.Ağazadənin artıq siyasi karyerası bitirilib.
Onun siyasi fəaliyyətini əvvəlki kimi quracağı çətindir. Partiya sədrinə MTN şəbəkəsinə xidmət və işbirliyi ittihamı irəli sürülə bilər.
"MTN-çilər – İlqar Əliyev və Elçin Quliyevlə işləməyi mənə İqbal Ağazadə təklif etdi. Məşhur restoranda ilk görüşümüzdə İqbal Elçin Quliyevi mənə iş adamı kimi təqdim etmişdi”.
Bu sensasiyalı iddia ilə milli-azadlıq hərəkatının tanınmış simalarından biri, 2 dəfə MTN tərəfindən həbsə atılmış Ramiz Tağıyev çıxış edib.
O, "azinforum.az” saytında dərc olunmuş geniş məqaləsində MTN-lə məqsədli əməkdaşlığından, 2 dəfə həbsə düşməsinin səbəblərindən bəhs edib.
R.Tağıyev MTN-in məşhur cütlüyü olan Elçin Quliyev-İlqar Əliyev tandemi ilə tanışlığını bütün detalları ilə danışıb, Ümid Partiyasının sədri İqbal Ağazadənin bu şəxslərlə şəxsi yaxınlığına bəlkə də ilk şəxs olaraq canlı şahidlik edib.
İ.Ağazadə dəfələrlə bəyan edib ki, İlqar Əliyev və Elçin Quliyevlə heç bir tanışlığı olmayıb, heç vaxt onlarla üz-üzə gəlməyib.
Ulus.Az xəbər verir ki, hətta Ümid sədrinə qarşı hansısa tədbir görülməsə də, onun karyerası məhv edilib.
Hökumətyönümlü 1News.az sayt siyasətçinin ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin rəhbəri Eldar Mahmudovun şəxsi agenti olduğunu iddia edən yazı ilə çıxış edib.
Yazıda bildirilir ki, MTN-nin agentura şəbəkəsinin bəzi üzvlərinin ifşa olunmasından ən çox İqbal Ağazadə narahat olub.
Keçmiş deputatın hökumət mediasında MTN şefinin adamı kimi göstərilməsi senarinin davamıdır. Bunun davamının gələcəyi gözlənilir.
Azərbaycanda MTN agenturasının üzvləri tək-tək açıqlanır. İlk dəfə media Eldar Mahmudovun media, partiya və QHT-də olan şəbəkəsi deşifrə edilir.
İ.Ağazadənin hədəfə alınmasının sirri onun hakimiyyət tərəfindən cəzalandırılması deyil. Keçmiş deputatın hökumət mediasında MTN şefinin adamı kimi göstərilməsi senarinin davamıdır. Bunun davamının gələcəyi gözlənilir.