İlham Əliyev "Şərq Tərəfdaşlığı" sammitində — FOTO + VİDEO
Avropa İttifaqının sayca 5-ci "Şərq Tərəfdaşlığı" sammiti başladı.
"Ölkə.Az" xəbər verir ki, Brüsseldə keçirilən sammitdə Azərbaycanı prezident İlham Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
Azərbaycan prezidenti sammit çərçivəsində Avropa İttifaqı Şurasının prezidenti Donald Task və Avropa Komissiyasının Jan-Klod Yunkerlə görüş keçirib. Siyasətçilər görüş zamanı xatirə fotosu çəkdiriblər.Bu gün Brüsseldə 5-ci Avropa İttifaqı “Şərq tərəfdaşlığı” sammiti başlayır.
"Ölkə.Az"ın məlumatına görə, sammitdə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edəcək. "2020-dək 20 hədəf: Vətəndaşlar üçün təsirli nəticələrin əldə olunması" adı altında təşkil olunmuş sammitin sonunda yekin bəyannamənin qəbul olunması gözlənilir. Sammitdə Belarus prezidenti Aleksandr Lukaşenko istisna olmaqla, digər 5 lider iştirakını təsdiqləyib.
Sonuncu sammit 2015-ci ildə Riqada keçirilmişdi.
Qeyd edək ki, 2009-cu ildən yaradılmış “Şərq Tərəfdaşlığı” proqramının əsas məqsədi Aİ ilə altı proqram iştirakçısı ölkələri olan Azərbaycan, Ermənistan, Belarus, Moldova, Gürcüstan və Ukrayna arasında əlaqələri dərinləşdirməkdir.