Yeni nazir hansı kadr dəyişikliyi edib? - AÇIQLAMA
Vergilər Nazirliyinə yeni nazir təyin edildikdən sonra hər hansı dəyişiklik olmayıb. Hətta Fazil Məmmədovun 15 müşaviri də iş başındadır.
Bu barədə axar.az-a Vergilər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mehdi Mirsəlimov məlumat verib. Onun sözlərinə görə, keçmiş nazir Fazil Məmmədovdan sonra nazirlikdə hər hansı kadr dəyişikliyi aparılmayıb:
"Hər hansı dəyişiklik olsa, bu barədə mətbuata məlumat veriləcək”.
Qeyd edək ki, 5 dekabr tarixində prezidentin imzaladığı sərəncamla Fazil Məmmədov Vergilər naziri vəzifəsindən azad edilib. Digər sərəncamla Mikayıl Cabbarov vergilər naziri vəzifəsinə təyin edilib.