AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Pulumuz olmayanda bizə kredit vermək istəyənlər, demək olar ki, yox idi” — İlham Əliyev

  • + A
  • - A
  • 11-01-2018, 11:55

    “Pulumuz olmayanda bizə kredit vermək istəyənlər, demək olar ki, yox idi” — İlham Əliyev















    "Azərbaycan bu gün dünya miqyasında müstəqil siyasət aparan ölkələrdən biridir. Belə ölkələrin sayı çox deyil, xüsusilə əhali və ərazi baxımından böyük olmayan ölkələrə bu, o qədər də xas deyil. Biz isə müstəqillik yolu ilə gedirik və azad, müstəqil həyatımız bizim üçün hər şeydən üstündür".
    AZTB.info xəbər verir ki, bunu Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev deyib.
    Dövlət başçısı iqtisadi potensialın Azərbaycana təkcə iqtisadi məsələlərin həlli üçün lazım olmadığını bildirib: "Ona görə iqtisadi potensialımız, sadəcə olaraq, bizə iqtisadi məsələlərin həlli üçün lazım deyil. Bizim iqtisadi potensialımız siyasi gücümüzü artırır, bölgədəki vəziyyətimizi möhkəmləndirir, imkan verir ki, ölkəmizin uzunmüddətli strategiyasını düzgün müəyyənləşdirək və onu icra edək. “Cənub Qaz Dəhlizi”, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars, “Şimal-Cənub” layihələrinin və digər önəmli layihələrin maliyyələşməsində əlbəttə ki, bizim iqtisadi gücümüz əsas rol oynamışdır. Biz önəmli strateji layihələrin icrası üçün xarici kreditlər də almışıq. Ancaq əgər bizim çox möhkəm iqtisadi vəziyyətimiz olmasaydı, bu kreditləri ala bilməzdik. Biz yaxşı xatırlayırıq ki, pulumuz olmayanda bizə kredit vermək istəyənlərin sayı çox deyildi, demək olar ki, yox idi. Elə ki, biz iqtisadi cəhətdən gücləndik, Neft Fondunun vəsaiti artmağa başladı, ondan sonra bizə kredit vermək istəyənlərin sayı çoxaldı və biz artıq bu seçimi edirik".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR